Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Köçəryana qarşı CİNAYƏT İŞİ – Hansı maddələrlə ittiham olunduğu AÇIQLANDI

Cəmiyyət

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryana qarşı açılan cinayət işi ilə bağlı təfərrüatları açıqlayıb.

Cagdas.az   “armenpress”ə istinadən xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bununla bağlı açıqlama yayıb.

Məlumata görə, Köçəryan Ermənistan prezidenti vəzifəsini tutarkən əvvəlcədən ona yaxın olan şəxslərlə əlbir olaraq öz xidməti mövqeyindən istifadə edərək müxtəlif uydurma əsaslarla dövlət mülkiyyətindən çıxarılaraq bazar qiymətlərindən xeyli aşağı qiymətə sosial və iqtisadi əhəmiyyətə malik bir sıra qiymətli əmlak obyektləri əldə etməsi barədə məlumatlar əldə edilib.

6 nəfər, o cümlədən keçmiş prezident, onun oğlu və cinayət sxemlərində iştirak edən digər şəxslər saxlanılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Bununla yanaşı, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Köçəryanın oğlu və “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın evində axtarış aparılıb.\referans media\