Peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsilalanlar üçün vahid geyim tələblərinin tətbiqi nəzərdə tutulmur.
Cagdas.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində bildirib.
Nazir müavini qeyd edib ki, hazırda geyim qaydaları yalnız dövlət ümumi təhsil müəssisələrinin şagird və müəllimlərini əhatə edir.
“Hazırda söhbət konkret olaraq yalnız dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları və təhsilverənləri üçün müəyyən edilmiş geyim qaydalarından gedir. Hazırda adı çəkilən təhsil müəssisələrində təhsilalanların vahid geyim tələblərinin tətbiqi məsələsi nəzərdə tutulmur”, – Firudin Qurbanov deyib.


