• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.4° Weather Columbus
$
1.7
€
1.9564
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

01 Avqust, 26 / 21:29
A A

Doqquzillik baza üzrə kolleclərə qəbul olan subbakalavrlar universitetlərə imtahansız qəbul zamanı bəzi ixtisaslar üzrə məhdudiyyətlərlə üzləşə bilərlər. Bu səbəbdən ixtisas seçimi zamanı yalnız kollecə qəbul deyil, gələcəkdə universitetə keçid imkanları da nəzərə alınmalıdır.

Cagdas.az xəbər verir ki, bu barədə “modern.az”a açıqlamasında təhsil sahələri üzrə tədqiqatçı, “AzEdu.az” təhsil portalının direktoru Elmin Nuri danışıb.

Ekspert bildirib ki, subbakalavrların ali təhsil müəssisələrinə müsabiqəsiz qəbulu zamanı ən ciddi məhdudiyyət tibb istiqamətində tətbiq olunur:

“Hamıya məlumdur ki, 11 illik baza üzrə tibb kolleclərində təhsil alan şəxslər sonradan analoji ixtisas üzrə universitetlərə subbakalavr kimi qəbul ola bilmirlər. Mən hesab edirəm ki, bu qaydanın tətbiqi düzgün yanaşmadır.”

Onun sözlərinə görə, tibb ixtisasları doqquzillik baza üzrə olmadığı üçün bu kateqoriyaya aid abituriyentlərin diqqət yetirməli olduğu əsas sahələr kompüter yönümlü ixtisaslardır:

“Doqquzillik baza üzrə ‘Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı’, eləcə də ‘Kompüter qurğularının təmiri və servisi’ ixtisaslarını seçən şəxslər həmin diplom əsasında eyni istiqamət üzrə universitetlərə subbakalavr kimi müraciət edə bilmirlər. Bu məhdudiyyət 11 illik baza üzrə təhsil alanlara şamil edilmir.”

Elmin Nuri bildirib ki, sosial iş ixtisası ilə bağlı da oxşar məhdudiyyətlərin olduğu barədə məlumatlar səsləndirilir. Lakin bunun hüquqi əsasları barədə dəqiq məlumata malik olmadığını qeyd edib.

“Bir çoxları sosial iş ixtisası üzrə də müəyyən məhdudiyyətlərin tətbiq olunduğunu deyirlər. Amma bunun nə dərəcədə rəsmi olduğunu deyə bilmərəm. Açığı, bu məsələ mənə də tam aydın deyil. Çünki ali təhsil müəssisələrinin əksəriyyətində sosial iş ixtisası tədris olunur və kifayət qədər plan yeri ayrılır. Bu baxımdan doqquzillik baza üzrə məhdudiyyətin səbəbi mənə anlaşılmaz görünür.”

Ekspert hesab edir ki, belə hallarla qarşılaşmamaq üçün abituriyentlər və valideynlər hər il Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi subbakalavrların uyğunluq cədvəlini mütləq əvvəlcədən öyrənməlidirlər.

“Həmin cədvəldə kollecdə oxunan ixtisasın universitetdə hansı ixtisasa uyğun gəldiyi, hansı şərtlərin tətbiq olunduğu, hansı ÜOMG tələb olunduğu və digər vacib məlumatlar yer alır. Kollecdə oxuyan və gələcəkdə universitetə keçməyi planlaşdıran hər bir tələbə bu vəsaiti masaüstü kitabına çevirməlidir. Ən azı onun PDF variantı telefonunda və ya kompüterində olmalıdır.”

Elmin Nuri vurğulayıb ki, kollec seçimi edən abituriyentlər yalnız bugünkü qəbul imkanlarını deyil, dörd il sonrakı ali təhsil perspektivlərini də nəzərə almalıdırlar:

“Kolleci universitetə keçid üçün bir tramplin kimi görən hər kəs ilk növbədə uyğunluq cədvəlini araşdırmalıdır. Ən böyük tövsiyəm də məhz budur. Çünki gələcəkdə yaranacaq bir çox sualın cavabı həmin cədvəldə əks olunub”.(referans media)

Bənzər Xəbərlər

Cəmiyyət

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Avqust 1, 2026
Cəmiyyət

Pensiya, müavinət, sosial yardımla bağlı MƏLUMAT

Avqust 1, 2026
Cəmiyyət

Şagird çatışmazlığı səbəbindən məktəblər birləşdirilir

Avqust 1, 2026
Cəmiyyət

Məktəblərdə mobil telefonları qadağan etməyə hazırlıq gedir

Avqust 1, 2026
Cəmiyyət

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

Avqust 1, 2026
Cəmiyyət

İstilərlə bağlı fövqəladə qərargah yaradıldı

Avqust 1, 2026

XƏBƏR LENTİ

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

01 Avqust, 26 / 22:30

Pensiya, müavinət, sosial yardımla bağlı MƏLUMAT

01 Avqust, 26 / 22:09

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

01 Avqust, 26 / 21:29

Şagird çatışmazlığı səbəbindən məktəblər birləşdirilir

01 Avqust, 26 / 21:09

Məktəblərdə mobil telefonları qadağan etməyə hazırlıq gedir

01 Avqust, 26 / 20:48

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

01 Avqust, 26 / 20:27

İstilərlə bağlı fövqəladə qərargah yaradıldı

01 Avqust, 26 / 20:06

Həyat sığortası üzrə ödənişlər artıb

01 Avqust, 26 / 19:46

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

01 Avqust, 26 / 19:25

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

01 Avqust, 26 / 19:04
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.