Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır – Həkimlər xəbərdarlıq edir

Cəmiyyət

Yay istisi insanları sərin məkanlara üz tutmağa məcbur edir. Lakin kondisioner altında uzun müddət qalmaq bəzi insanlar üçün gözlənilməz sağlamlıq problemlərinə səbəb ola bilər.

Cagdas.az  xəbər verir ki, kondisionerlər havadakı rütubəti azaltdığı üçün otağı sərinləşdirsə də, eyni zamanda dərinin həddindən artıq qurumasına səbəb ola bilər. Həkim Opel Beyker bildirir ki, bunun nəticəsində dəridə quruluq, dartınma hissi və qabıqlanma yarana bilər. Xüsusilə həssas dəriyə sahib insanlar daha diqqətli olmalıdırlar. Quru hava ekzemanın kəskinləşməsinə, eləcə də dodaqlarda ağrılı çatların yaranmasına səbəb ola bilər. Həkimlər kondisionerli otağa daxil olmamışdan əvvəl nəmləndirici krem istifadə etməyi tövsiyə edirlər.

Təkcə dəri deyil, tənəffüs sistemi də zərər görə bilər

Risk yalnız dəri ilə məhdudlaşmır. Həkim Lüsi Huper xəbərdarlıq edir ki, köhnə və ya vaxtında təmizlənməyən kondisionerlər sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Təmizlənməyən filtrlər bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilir. Bu isə ağciyərlərin qıcıqlanmasına və astma tutmalarının yaranmasına səbəb ola bilər.

Uzun müddət soyuq hava axını altında qalmaq təhlükəlidir

Mütəxəssislərin sözlərinə görə, saatlarla birbaşa soyuq hava axını altında oturmaq çox vaxt baş ağrısı, əzələ ağrıları və halsızlıqla nəticələnir. Həkimlər bu narahatlığın əsas səbəblərindən birinin orqanizmin susuz qalması olduğunu bildirirlər.

Həkimlərin tövsiyələri

Mütəxəssislər gün ərzində kifayət qədər su içməyi və evdə istifadə olunan split kondisionerlərin filtrlərinin mütəmadi olaraq peşəkar şəkildə təmizlənməsini məsləhət görürlər. Bu, həm cihazın daha səmərəli işləməsinə, həm də sağlamlığın qorunmasına kömək edir./Lent.az/