• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13° Weather Columbus
$
1.7
€
1.9436
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Kürdən narahatlıq doğuran xəbər gəldi – Azərbaycanda su böhranı başlayır?

23 İyul, 26 / 14:51
A A

İqlim dəyişikliyinin təsirləri dünyanın müxtəlif bölgələrində su ehtiyatlarının azalması ilə özünü daha qabarıq şəkildə göstərir. Rumıniyada Dunay çayında suyun səviyyəsinin son onilliklərin minimum həddinə enməsi bu narahatlıqları daha da artırıb.

Bəs oxşar risklər Azərbaycan üçün nə dərəcədə realdır? Xəzər dənizində müşahidə olunan enmə gələcəkdə su qıtlığı təhlükəsindən xəbər verirmi?

Cagdas.az  xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, Azərbaycanın əsas su ehtiyatları transsərhəd çaylar, xüsusilə də Kür çayı hesabına formalaşır:

“Kür çayı Türkiyədən başlayaraq Gürcüstan ərazisindən keçib Azərbaycana daxil olur. Gürcüstan ərazisində çayın çirkləndirilməsi ayrıca problemdir. Bundan başqa, qlobal istiləşmə fonunda yuxarı axarlarda suvarmanın genişlənməsi, su anbarlarının yaradılması və su ehtiyatlarından daha çox istifadə edilməsi aşağı axında yerləşən ölkələrə də təsir göstərir”.

Ekoloqun sözlərinə görə, hazırda Azərbaycanda ciddi su problemi yoxdur:

“Mingəçevir və Şəmkir su anbarları ölkənin su təminatında mühüm rol oynayır və aşağı axarlarda da su təminatı qorunub saxlanılır. Lakin gələcəkdə iqlim dəyişikliyi fonunda müəyyən risklərin yaranması mümkündür. Adətən aşağı axarda yerləşən ölkələr bu cür problemlərlə daha çox üzləşirlər. Rumıniya da Dunayın aşağı axarında yerləşdiyi üçün belə çətinliklər yaşayır. Avropa Birliyi çərçivəsində və beynəlxalq konvensiyalar əsasında bu məsələlərin tənzimlənməsi istiqamətində işlər aparılır. Beynəlxalq hüquqa görə, aşağı axarda yerləşən dövlətlərin su ilə təminatı nəzərə alınmalıdır. Azərbaycanla Gürcüstan arasında bu sahədə ayrıca müqavilə olmasa da, hazırda hər hansı problem yaşanmır. Qonşuluq münasibətləri normaldır və bizə qarşı su məhdudiyyəti tətbiq edilmir”.

Q.İbrahimli qeyd edib ki, Qarabağ işğal altında olduğu dövrdə isə vəziyyət fərqli idi:

“Tərtər çayından aşağı axarlara suyun buraxılmaması ciddi problemlər yaradırdı. Müharibə və münaqişələr zamanı aşağı axarda yerləşən ərazilər bundan daha çox zərər görür. Bu gün isə həmin problem aradan qalxıb və Azərbaycanın su təhlükəsizliyi baxımından ciddi narahatlığı yoxdur. Ümumilikdə, Azərbaycan hazırda su böhranı yaşayan ölkələr sırasında deyil. Eyni zamanda dövlət gələcək risklərin qarşısını almaq üçün yeraltı su ehtiyatlarına nəzarəti gücləndirir, qanunsuz quyuların qazılmasına ciddi nəzarət edir. Ona görə də narahatlığınızı başa düşsəm də, bu gün üçün ciddi təşvişə əsas görmürəm”.

qorxmaz

Qorxmaz İbrahimli deyib ki, Xəzər dənizinin səviyyəsinin enməsi ilk növbədə ekoloji problemlər yarada bilər:

“Sahilboyu ərazilərin səhralaşması, dəniz dibindən üzə çıxan duzlu və minerallı qatların ətraf mühitə təsiri kimi məsələlər gündəmə gələ bilər. Ancaq bu, uzunmüddətli prosesdir. Xəzərin qısa müddətdə qurumasından söhbət getmir. Bəzən müxtəlif proqnozlar insanlarda həddindən artıq narahatlıq yaradır. Hazırda Xəzərin səviyyəsi tədricən azalır və müəyyən mərhələdən sonra bu proses sabitləşə bilər. Qlobal istiləşmə fonunda Xəzərin səviyyəsinin enməsi müşahidə olunur. Eyni zamanda, gələcəkdə qütb buzlaqlarının əriməsi nəticəsində yağıntılar artarsa, bu, Volqa çayının axınına da müsbət təsir göstərə bilər. Volqa Xəzərə tökülən əsas çaydır və onun suyu dənizin səviyyəsinə birbaşa təsir edir”.

Ekspert bildirib ki, Kür çayında suyun azalması da Xəzərin səviyyəsinə təsirsiz ötüşmür:

“Xəzərə daxil olan suyun əsas hissəsini Volqa təmin edir, ondan sonra isə Ural və Kür çayları gəlir. Qlobal istiləşmə bu çayların axımına da mənfi təsir göstərir. Lakin Xəzər dənizinin səviyyəsinin enməsi Azərbaycanda içməli su qıtlığı yaradacaq demək deyil. Bu, əsasən ekoloji və sahilyanı ərazilərlə bağlı problemdir, ölkənin su təminatına birbaşa təsir göstərmir. Xəzər suyunun duzsuzlaşdırılması ilə bağlı müəyyən layihələr müzakirə olunsa da, hazırda buna ciddi ehtiyac yoxdur. Çünki  Azərbaycan bu gün su böhranı yaşayan ölkələrdən deyil. Buna görə də Xəzərin səviyyəsinin enməsinin ölkədə su qıtlığı yaradacağı ilə bağlı narahatlığa əsas yoxdur”.

Bənzər Xəbərlər

Cəmiyyət

Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Bu elanlara inanmayın

İyul 23, 2026
Cəmiyyət

“20 Yanvar”dakı kafedən idarə edilən dəstə – Milyonlar mənimsəyib

İyul 23, 2026
Cəmiyyət

ƏHALİNİN SIYAHIYAALINMASI BAŞLAYIR – “Kupça” və qeydiyyat məsələlərinə təsiri olacaq?

İyul 23, 2026
Cəmiyyət

Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

İyul 23, 2026
Cəmiyyət

Metroda NFC ilə keçiddə PROBLEM YARANDI

İyul 23, 2026
Cəmiyyət

Qubada Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq

İyul 23, 2026

XƏBƏR LENTİ

Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Bu elanlara inanmayın

23 İyul, 26 / 15:47

“20 Yanvar”dakı kafedən idarə edilən dəstə – Milyonlar mənimsəyib

23 İyul, 26 / 15:35

ƏHALİNİN SIYAHIYAALINMASI BAŞLAYIR – “Kupça” və qeydiyyat məsələlərinə təsiri olacaq?

23 İyul, 26 / 15:19

Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

23 İyul, 26 / 15:04

Kürdən narahatlıq doğuran xəbər gəldi – Azərbaycanda su böhranı başlayır?

23 İyul, 26 / 14:51

“Qarabağ” ÇSKA-ya qarşı – Oyun bu saatda başlayacaq

23 İyul, 26 / 14:37

Metroda NFC ilə keçiddə PROBLEM YARANDI

23 İyul, 26 / 14:23

Qubada Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq

23 İyul, 26 / 14:09

Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır

23 İyul, 26 / 13:55

“Sədərək” və “Binə” bağlanır?

23 İyul, 26 / 13:44
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.