Son dəqiqə
Reklam
Reklam

Lavrov sabah Azərbaycana gəlir

Cəmiyyət

Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.

Cagdas.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sammitdə AQEM-in gələcək inkişafı, o cümlədən təşkilatın Avrasiya məkanında çoxtərəfli əməkdaşlıq sisteminə inteqrasiyası məsələləri müzakirə olunacaq.\modern.az\