Son dəqiqə
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq “Formula 1” yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Abşeronda Anım Günü ilə bağlı tədbir keçirilib Aydaska555official-in TikTok fəaliyyəti geniş auditoriyanın diqqətində Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Leyla və Arzu Əliyevalar Tiranada sərgi açılışında – FOTOLAR

Mədəniyyət

Tiranada Albaniyanın Baş nazirinin İqamətgahında MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb.

Cagdas.Az xəbər verir ki, sərginin açılışında Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Tədbirdə çıxış edən Leyla Əliyeva ekspozisiyada yer alan rəsmlər, heykəllər və instalyasiyalar vasitəsilə sənətkarların təbiətin gücünü, gözəlliyini və kövrəkliyini nümayiş etdirdiyini vurğulayıb. O, bu sərginin təbiəti qorumaq məqsədilə sənətimizin sərhədləri aşmasının mükəmməl bir nümunəsi olduğunu qeyd edib.

Sərgi haqqında məlumat verən Leyla Əliyeva mənəvi zənginliyi və səmimiyyəti ilə seçilən gözəl ölkədə olmaqdan məmnunluğunu ifadə edərək deyib: “Azərbaycan və Albaniyanı siyasi sərhədləri aşan sıx dostluq və dərin münasibətlər birləşdirir. Ölkələrimiz müasir dünyada böyük ehtiyac duyulan humanizm, xeyirxahlıq, ləyaqət və qarşılıqlı hörmət kimi ali dəyərləri paylaşır”.

O həmçinin Baş nazir Edi Ramanın və tanınmış alban rəssamı Arben Qoleminin əsərlərinin bu sərgidə təqdim olunmasının onun üçün böyük şərəf olduğunu, bu gün burada Bakıdan olan dörd rəssamın iştirak etməsindən və onların öz müsbət təcrübələrini bölüşərək yaradıcılıqları haqqında şəxsən məlumat vermək imkanından böyük məmnunluq duyduğunu qeyd edib.

Leyla Əliyeva bəşəriyyətin təbiətə vurduğu zərərdən də söz açaraq deyib: “Hər il dünyada 10 milyon hektar meşə sahəsi məhv edilir. İnsanlıq vəhşi heyvanların 83 faizini, bitkilərin isə yarısını yox edib. Hər il planetimizdən 200 canlı növü silinir və okeanların 66 faizi birbaşa insan fəaliyyətinin mənfi təsirlərinə məruz qalır. Azərbaycanın zəngin ekosistemi də bu proseslərdən kənarda qalmır. Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşüb. Xəzər suitisi, qızılbalıq və nərə balığı kimi heyrətamiz canlı növləri yox olmaq təhlükəsi ilə üzləşib”.

Albaniyanın Baş naziri Edi Rama sərgidə Leyla Əliyevanın əsərləri də daxil olmaqla, təbiətin mühafizəsi ilə incəsənətin vəhdətini nümayiş etdirən rəsmləri görməkdən şərəf duyduğunu qeyd edib. Baş nazir bu sərginin iki ölkənin dostluğunda yeni bir səhifə açaraq bura mədəniyyət və yaradıcılıq ruhu gətirdiyini söyləyib. Edi Rama sərginin davam etdiyi bir ay ərzində hər bir tamaşaçının buradan özü ilə rənglərin və xəyalların bir parçasını aparacağını bildirib.

Sonra qonaqlar sərgidə nümayiş olunan əsərlərlə tanış olublar.

2
3
4
5
6
7
8
10
11
12
13
14
15
16
17
18
19
20