• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.3° Weather Columbus
$
1.7
€
1.9696
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Maaş və pensiyalarla bağlı ŞAD XƏBƏR - Yaxın aylarda...

17 Avqust, 26 / 12:38
A A

Cari ilin yanvar-iyul dövründə Azərbaycanın dövlət büdcəsinin icrası zamanı 3 milyard 420,3 milyon manat məbləğində nəhəng profisit yaranıb. Büdcə gəlirlərinin xərcləri üstələməsi nəticəsində formalaşan bu maliyyə artıqlığı cəmiyyətdə və iqtisadi dairələrdə əsaslı suallar doğurub.

Xatırladaq ki, əvvəlki illərdə — xüsusilə 2022, 2023 və 2024-cü illərdə büdcədə profisit yaranarkən, həm əlavə daxilolmaların mövcudluğu, həm də xərclərin artırılması zərurəti fonunda əsas maliyyə sənədinə dəyişikliklər edilmişdi. Lakin cari ildə oxşar addımın atılıb-atılmayacağı və 3-4 milyard manatlıq profisitin sosial xərclərin artırılmasına imkan verib-verməyəcəyi hələ ki müzakirə mövzusudur. Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərə əsasən, ilin ilk yeddi ayında dövlət büdcəsinin gəlirləri proqnozu 3,8 faiz üstələyib. Xərclər baxımından isə qurum konkret proqnoz icra səviyyəsini açıqlamasa da, yeddi ayda büdcə xərclərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 1,2 faiz çox olduğu qeyd edilib.

Çağdaş.Az-ın məlumatına görə, məsələ ilə bağlı Nocomment.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov bildirib ki, cari ilin yanvar-iyul aylarında qeydə alınan 3 milyard manatdan artıq profisit ilk baxışda ölkənin fiskal dayanıqlığının və gəlir formalaşdırma imkanlarının yüksək olduğunu göstərsə də, bu rəqəmin mexaniki olaraq büdcəyə yenidən baxılması üçün əsas yaratmadığını dərindən təhlil etmək lazımdır: “Mövcud profisitin əsas səbəbi ilin əvvəlindən etibarən nəzərdə tutulan dövlət xərclərinin, xüsusilə də irimiqyaslı investisiya və digər iqtisadi xarakterli layihələrin hələ tam şəkildə reallaşdırılmaması, daha dəqiq desək, maliyyə vəsaitlərinin xərclənmə templərinin ilin ilk yarısında bir qədər ləng işləməsidir. Eyni zamanda, beynəlxalq bazarlarda enerji daşıyıcılarının qiymətlərinin qənaətbəxş səviyyədə qalması və daxili bazarda qeydə alınan inflyasiya prosesləri dövlət büdcəsinin gəlir hissəsinin proqnozları üstələməsinə əhəmiyyətli dərəcədə təsir göstərib. Lakin bu o demək deyil ki, hökumət bu vəsaiti dərhal sərbəst şəkildə bölüşdürə bilər. İlin ikinci yarısından etibarən dövlət satınalmalarının fəallaşması, habelə payız və qış mövsümünə keçidlə əlaqədar bir çox infrastruktur və sosial layihələrin maliyyələşməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bu səbəbdən də hazırkı dövrdə müşahidə olunan profisit müvəqqəti xarakter daşıyır və ilin sonuna qədər xərclərin artması nəticəsində bu fərq təbii şəkildə daralacaq və tarazlaşacaq.”

Onun sözlərinə görə, mövcud qanunvericilik və cari iqtisadi reallıqlar fonunda hökumətin cari ilin büdcə paketinə yenidən baxması və parlamentə dəyişikliklərlə bağlı hər hansı layihə təqdim etməsi nə gözlənilir, nə də reallığa uyğundur: “Hazırda rəsmi müstəvidə cari ilin büdcəsinə dəyişiklik edilməsi ilə bağlı heç bir müzakirə aparılmır və bu istiqamətdə hər hansı zərurət də yoxdur. Çünki dövlət xərclərinin əsas həcmi ənənəvi olaraq ilin ikinci yarısında, xüsusilə də son rüblərdə reallaşır. Dövlət qurumları tərəfindən həyata keçirilən satınalmaların və podrat işlərinin əsas hissəsi məhz bu dövrə təsadüf etdiyindən, hazırkı büdcə artıqlığı ilin sonuna doğru əhəmiyyətli dərəcədə azalacaq. Əgər hökumət cari ilin büdcəsinə yenidən baxıb sosial xərcləri kəskin şəkildə artırmağa çalışsaydı, bu, həm qısamüddətli maliyyə nizamını poza, həm də makroiqtisadi tarazlıqlara mənfi təsir göstərə bilərdi. Ona görə də əhali tərəfindən gözlənilən sosial xərclərin artırılması, əməkhaqlarının, pensiyaların və ya digər sosial ödənişlərin indeksasiyası məsələləri cari ilin artıqlığı hesabına deyil, daha çox növbəti ilin — 2027-ci ilin dövlət büdcəsinin formalaşdırılması prosesində və həmin ilin müzakirələri çərçivəsində nəzərdən keçirilə bilər. İndiki mərhələdə əsas hədəf mövcud vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsini təmin etmək və makroiqtisadi sabitliyi qorumaqdır.”/NOCOMMENT/

 

Bənzər Xəbərlər

İqtisadiyyat

Prezidentin Naxçıvanla bağlı STRATEJİ HƏDƏFİ: Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM XƏBƏR açıqlandı -VİDEO

Avqust 17, 2026
İqtisadiyyat

Azərbaycan bu sahədə Rusiyanı GERİDƏ QOYDU

Avqust 16, 2026
İqtisadiyyat

Qızıl-gümüş ucuzlaşdı

Avqust 14, 2026
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Avqust 14, 2026
İqtisadiyyat

Neft bahalaşdı

Avqust 14, 2026
İqtisadiyyat

Apteklərdə qiymətlər artdı, dövriyyədə rekord HƏDD: Nə baş verir?

Avqust 13, 2026

XƏBƏR LENTİ

İlham Əliyev onlara "general-leytenant" və "general-mayor" rütbəsi verdi

17 Avqust, 26 / 12:57

Çempionlar Liqası: “Sabah” Buxarestdə “Hapoel”ə qarşı matçda dəstəksiz qalmayacaq

17 Avqust, 26 / 12:52

Maaş və pensiyalarla bağlı ŞAD XƏBƏR - Yaxın aylarda...

17 Avqust, 26 / 12:38

Yaxın Şərqdə tarixi dönüş: HƏMAS-ın silahı yerə qoyması üçün kritik danışıqlar başladı

17 Avqust, 26 / 12:23

Balakəndə əməliyyat keçirildi: saxlanılan var

 

17 Avqust, 26 / 12:09

Yeni təmayül modelində müəllimlərin müsahibəsi davam edir – FOTO

17 Avqust, 26 / 11:54

Zakir Həsənovla Elçin Quliyev generalın dəfnində - FOTOLAR

17 Avqust, 26 / 11:39

Prezidentin Naxçıvanla bağlı STRATEJİ HƏDƏFİ: Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM XƏBƏR açıqlandı -VİDEO

17 Avqust, 26 / 11:24

Maşın bazarlarında durğunluq yaşanır

17 Avqust, 26 / 11:09

Generallar Şükür Həmidovun qızının toyunda rəqs etdilər - VİDEO

17 Avqust, 26 / 10:54
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.