• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.8° Weather Columbus
$
1.7
€
1.986
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Marketlərdə yeni dövr başlayır: Qadağa tarixləri açıqlandı

24 Avqust, 26 / 15:26
A A

Türkiyədə cips, kolbasa, sous, pendir və emal edilmiş balıq kimi bir sıra qida məhsullarında istifadə olunan tüstü aromatizatorları ilə bağlı yeni qaydalar tətbiq ediləcək. Sağlamlıq baxımından müzakirə olunan bu maddələrin istifadəsinə mərhələli şəkildə məhdudiyyət qoyulacaq.

Cagdas.az  xəbər verir ki, Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) qiymətləndirmələrindən sonra bəzi tüstü aromatizatorları ilə bağlı təhlükəsizlik narahatlıqları gündəmə gəlib.

Aparılan araşdırmalarda sözügedən maddələrin genetik materiala zərər vurma ehtimalı ilə bağlı risklərin tamamilə aradan qaldırıla bilmədiyi bildirilib. Bu qiymətləndirmələrin ardından tüstü aromatizatorlarının istifadəsinin dayandırılması istiqamətində qərar qəbul edilib.

Türkiyədə isə məhsul qruplarından asılı olaraq fərqli tarixləri əhatə edən mərhələli keçid təqvimi tətbiq olunacaq.

Tənzimləmənin əhatə etdiyi cips, sous və digər müvafiq qida kateqoriyalarında idxal və məhsulların bazara çıxarılması 1 oktyabr 2026-cı ildən dayandırılacaq.

Müəssisələr arasında satış üçün son tarix isə 1 dekabr 2026-cı il olaraq müəyyənləşdirilib. Tüstü aromatizatorlarından istifadə edilən məhsulların istehsalı, idxalı və bazara çıxarılmasına 1 yanvar 2027-ci ildən etibarən icazə verilməyəcək.

Ət və ət məhsulları, pendir, emal edilmiş balıq və digər su məhsullarında isə daha uzun keçid müddəti nəzərdə tutulur. Bu kateqoriyalar üzrə prosesin 2028-ci ilə qədər davam edəcəyi bildirilir.

Qadağanın qüvvəyə minməsi həmin məhsulların dərhal mağaza rəflərindən yığışdırılacağı anlamına gəlmir. Yeni qaydaların tətbiqindən əvvəl bazara çıxarılmış məhsulların müəyyən edilmiş rəf ömrü başa çatana qədər satışda qalmasına icazə verilə bilər. Bu səbəbdən yeni dövrdə də tərkibində tüstü aromatizatoru olan bəzi məhsullara mağazalarda rast gəlmək mümkün olacaq. İstehlakçılara alış-veriş zamanı məhsulun yalnız ön hissəsindəki məlumatlara deyil, tərkib siyahısına da diqqət yetirmələri tövsiyə olunur.

Ənənəvi üsulla tüstüləndirilmiş məhsulla qidaya tüstü aromatizatorunun əlavə edilməsi eyni proses deyil. Buna görə də qablaşdırmada “hisli”, “füme” və ya “barbekü” kimi ifadələrin olması məhsulun avtomatik olaraq yeni tənzimləmənin əhatəsinə düşdüyünü göstərmir.

Məhsulun tərkib hissələri bölümündə “tüstü aromatizatoru” ifadəsinin yer alması isə onun sözügedən qaydaların əhatəsinə düşə biləcəyinə işarə edir.(referans media)

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanlı uşaqların təhsili üçün İstanbulda mühüm layihə həyata keçirildi

Avqust 24, 2026
Cəmiyyət

Köhnə avtomobillər yollarda ölüm saçır: Müasir təhlükəsizlik sistemlərinin yoxluğu və texniki baxış sual altında

Avqust 24, 2026
Cəmiyyət

“MilliÖn”ün adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlandı

Avqust 24, 2026
Cəmiyyət

Kərə yağı azaldı, palma yağı idxalında rekord artım: Səbəb nədir? – VİDEO

Avqust 24, 2026
Cəmiyyət

Milyonlarla istifadəçiyə şad xəbər: 26 avqust 2026-cı ildən etibarən…

Avqust 24, 2026
Cəmiyyət

Birində 5, digərində 6 manat – Eyni məhsul marketlərdə niyə fərqli qiymətə satılır?

Avqust 24, 2026

XƏBƏR LENTİ

Azərbaycanlı uşaqların təhsili üçün İstanbulda mühüm layihə həyata keçirildi

24 Avqust, 26 / 16:33

Köhnə avtomobillər yollarda ölüm saçır: Müasir təhlükəsizlik sistemlərinin yoxluğu və texniki baxış sual altında

24 Avqust, 26 / 16:24

“MilliÖn”ün adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlandı

24 Avqust, 26 / 16:09

Kərə yağı azaldı, palma yağı idxalında rekord artım: Səbəb nədir? – VİDEO

24 Avqust, 26 / 15:54

Milyonlarla istifadəçiyə şad xəbər: 26 avqust 2026-cı ildən etibarən…

24 Avqust, 26 / 15:40

Marketlərdə yeni dövr başlayır: Qadağa tarixləri açıqlandı

24 Avqust, 26 / 15:26

Birində 5, digərində 6 manat – Eyni məhsul marketlərdə niyə fərqli qiymətə satılır?

24 Avqust, 26 / 15:13

Ən itaətkar bürclər BUNLARDIR

24 Avqust, 26 / 15:00

Özbəkistanla əməkdaşlıqda YENİ DÖVR – PUA və hərbi kəşfiyyat gündəmdə

24 Avqust, 26 / 14:47

Prezidentin sosial media hesablarında Buxara səfərinə dair video paylaşıldı

24 Avqust, 26 / 14:35
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.