Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Marsda daimi insan bazaları nə vaxt qurulacaq? – Tarix açıqlandı

Cəmiyyət

Marsda ilk daimi insan məskənlərinin yaxın onilliklərdə yaradılması mümkün hesab olunur.

Cagdas.az xəbər verir ki, kosmonavtika üzrə ekspert Maksim Tsukanovun sözlərinə görə, Qırmızı planetdə stasionar bazaların qurulması üçün təxminən 30-50 il lazım olacaq.

Ekspert bildirib ki, Marsa ilk qısamüddətli pilotlu ekspedisiyalar 2040-2050-ci illərdə həyata keçirilə bilər. Daimi bazaların yaradılması isə təxminən 2055-2075-ci illərə təsadüf edə bilər.

Tsukanovun sözlərinə görə, Marsa uçuşların əsas çətinliklərindən biri planetlərarası uçuş pəncərələrinin məhdud olmasıdır. Belə imkanlar təxminən 26 aydan bir yaranır, uçuşun özü isə 6-9 ay davam edir.

Gələcək Mars bazalarının fəaliyyət göstərməsi üçün enerji təchizatı, kosmik radiasiyadan qorunma, tam və ya yüksək səviyyədə avtonom həyat təminatı kimi problemlər həll edilməlidir.

Bununla belə, Marsın Ayla müqayisədə müəyyən üstünlükləri var. Planetdə atmosfer, su ehtiyatları mövcuddur və səthdə cazibə qüvvəsi Yerdəkindən təxminən 38 faiz təşkil edir./publika