• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
30° Weather Columbus
$
1.7
€
1.9703
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Maşını əlindən aldılar, pulu mənimsənildi, YOLDA QARŞISINI KƏSDİLƏR… – Nazirə MÜRACİƏT

31 Avqust, 26 / 20:37
A A

Sabunçu rayonu, Balaxanı qəsəbə sakini Əjdər Samir oğlu Məhərrəmov mütəşəkkil dələduzluq və qanunsuzluqla üzləşib. Onun sözlərindən bəlli olur ki, 2026-cı ilin avqust ayında “Turbo.az” elan saytı üzərindən 77-QJ-812 dövlət qeydiyyat nişanlı “Toyota Aqua” markalı minik avtomobilinin satışı ilə bağlı elan görüb.

Cagdas.az xəbər veriri ki Əjdər Məhərrəmov Musavat.com-a bildirib ki, elandakı nömrəyə zəng etdikdə özünü “Zaur” kimi təqdim edən şəxs avtomobili 5 min 300 manat ilkin ödənişlə verəcəyini, 25 aylıq lizinq-kredit borcunun aylıq 440 manat qaldığını deyib.

Özünün xaricə getdiyini bəhanə edən “Zaur” maşını 5 min manata güzəştlə verə biləcəyini söyləyərək, gələcək ödənişlər üçün onu “Hacı” deyə müraciət etdiyi bir şəxslə əlaqələndirib. Avtomobili “Çermet” ərazisində təhvil alan Əjdər Məhərrəmov avqustun 5-də ilkin beh kimi “Hacı” adlandırılan şəxsin verdiyi bank kartına 50 manat köçürüb. Növbəti gün maşın ustaya göstərilərkən nəqliyyat vasitəsində 1 500 manatlıq texniki nazaslıq müəyyən edilib. Bundan sonra “satıcılar” qiyməti 4 min 800 manata endirərək, ilk 2 ay ödəniş tələb olunmayacağını vəd ediblər. Daha sonra onlayn etibarnamə rəsmiləşdirilməsi bəhanəsi ilə daha 50 manat alan şəxslər 6 avqust 2026-cı il saat 18:30 radələrində “Çermet” ərazisində 4 min 800 manat nağd pulu təhvil alıblar. Beləliklə, zərərçəkən ümumilikdə 4 min 900 manat xərcə düşüb.

Avtomobili taksi fəaliyyəti üçün istifadə etmək istəyən Əjdər Məhərrəmov “Hacı”dan texniki pasportun surətini və rəsmi müqavilə bağlanmasını tələb etdikdə müxtəlif bəhanələrlə qarşılaşıb. Avqustun 10-da müqavilə adı ilə əlavə 200 manat pul tələb olunub, avqustun 11-dən isə qarşı tərəf telefonlara cavab verməyərək əlaqəni tamamilə kəsib.

Ən dəhşətli hadisə isə avqustun 13-də baş verib. Mərdəkan istiqamətindən geri qayıdan Əjdər Məhərrəmovun idarə etdiyi avtomobilin qarşısını 77-LE-105 qeydiyyat nişanlı maşınla tanımadığı şəxslər kəsib.

Zərərçəkənin sözlərinə görə, avtomobilə oturan 3 nəfərdən biri dərhal maşının açarını əlindən alaraq nəqliyyat vasitəsinin başqasına məxsus olduğunu, aldadıldığını bildirib və onu zorla avtomobildən düşürüblər. Məsələni hüquqi müstəviyə keçirmək istəyən sürücü DİN-in “102” Xidmətinə və 12-ci Polis Bölməsinə məlumat verib, həmçinin Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə rəsmi ərizə təqdim edib.

Müttəhimlərin şəbəkə şəklində fəaliyyət göstərdiyini, mütəşəkkil dələduzluq və hədə-qorxu, zor tətbiq etmə ehtimallarının olduğunu vurğulayan Əjdər Məhərrəmov daxili işlər naziri Vilayət Eyvazovdan məsələni şəxsi nəzarətinə götürməsini xahiş edib:

“Məndən külli miqdarda pul alınıb, ardınca isə maşınım qanunsuz olaraq əlimdən alınıb. İstintaq çərçivəsində “Turbo.az”dakı elanın, “Zaur” və “Hacı” kimi təqdim olunan şəxslərin, pul köçürülən bank kartlarının, eləcə də yolda qarşımı kəsən 77-LE-105 dövlət nömrə nişanlı avtomobildəki şəxslərin kimliyinin müəyyənləşdirilməsini, vurulmuş maddi ziyanın ödənilməsini və təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edirəm”.

Şikayətçi iş üzrə zəng tarixçələrini, bank köçürmə qəbzlərini, telefon yazışmalarını və digər təkzibedilməz sübutları istintaq orqanına təqdim etməyə hazır olduğunu bildirir.

Bənzər Xəbərlər

Cəmiyyət

2048,7 hektar ərazi minalardan təmizlənib

Avqust 31, 2026
Cəmiyyət

İrandan gələn məhsullar bahalaşacaq – ABŞ ticarəti çətinləşdirir

Avqust 31, 2026
Cəmiyyət

Əhalinin bankdakı pulu artır, şirkətlərin depoziti azalır – Səbəb nədir?

Avqust 31, 2026
Cəmiyyət

Hindistan Mərkəzi Asiyaya girir: Özbəkistan Modi üçün “lokomotiv”ə çevrilir

Avqust 31, 2026
Cəmiyyət

Hövsanda su KƏSİLƏCƏK

Avqust 31, 2026
Cəmiyyət

Ceyhun Bayramov və Ararat Mirzoyan söhbət ediblər – VİDEO

Avqust 31, 2026

XƏBƏR LENTİ

2048,7 hektar ərazi minalardan təmizlənib

31 Avqust, 26 / 21:10

İrandan gələn məhsullar bahalaşacaq – ABŞ ticarəti çətinləşdirir

31 Avqust, 26 / 20:54

Maşını əlindən aldılar, pulu mənimsənildi, YOLDA QARŞISINI KƏSDİLƏR… – Nazirə MÜRACİƏT

31 Avqust, 26 / 20:37

Əhalinin bankdakı pulu artır, şirkətlərin depoziti azalır – Səbəb nədir?

31 Avqust, 26 / 20:22

Hindistan Mərkəzi Asiyaya girir: Özbəkistan Modi üçün “lokomotiv”ə çevrilir

31 Avqust, 26 / 20:03

Hövsanda su KƏSİLƏCƏK

31 Avqust, 26 / 19:43

Ceyhun Bayramov və Ararat Mirzoyan söhbət ediblər – VİDEO

31 Avqust, 26 / 19:26

Prezident və xanımı 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində

31 Avqust, 26 / 19:11

Bişkekdə Əliyevlə Pezeşkian görüşüb – GÖRÜNTÜLƏR

31 Avqust, 26 / 18:56

Putin də Qırğızıstana getdi – bir sıra liderlərlə görüşəcək

31 Avqust, 26 / 18:41
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.