Silikon Vadisinin milyarderləri arasında bir neçə ölkənin vətəndaşlığını əldə etmək və “pasport portfeli” formalaşdırmaq tendensiyasının yayıldığı bildirilir.
Cagdas.az xəbər verir ki, bu barədə “RBC” “Air Mail” nəşrinə istinadən məlumat yayıb.
Məlumata görə, sahibkar Piter Tilin ABŞ, Almaniya və Yeni Zelandiya pasportları var. Onun Malta vətəndaşlığı almaq üçün də proses apardığı bildirilir.
“Air Mail” İlon Maskın isə Cənubi Afrika Respublikası, Kanada və ABŞ vətəndaşlığına malik olduğunu yazıb.
OpenAI şirkətinin baş direktoru Sem Altmanın isə İndoneziyanın tarixində ilk “qızıl viza” alan şəxs olduğu qeyd edilir.
Məlumata görə, Altman həmçinin Piter Til ilə süni intellektlə bağlı mümkün fəlakət ssenarisi zamanı Yeni Zelandiyadakı sığınacağına getmək barədə razılaşıb.
Nəşrin məlumatına görə, 2024-cü ildə Donald Trampın prezident seçkilərində qələbəsindən sonra amerikalıların xaricə köçməklə bağlı internet axtarışlarında kəskin artım müşahidə olunub.
Bəzi Kanada ilə bağlı axtarışlarda artımın 5000 faizdən çox olduğu bildirilir.
Portuqaliya, İspaniya, Yunanıstan və İtaliyanın da varlı amerikalılar arasında populyar istiqamətlərə çevrildiyi, Birləşmiş Ərəb Əmirliklərinin isə bu siyahıda mövqeyini gücləndirdiyi qeyd olunur.(modern.az)
















