• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Mədəniyyət Nazirliyi 17 nəfəri xaricə oxumağa göndərir

11 Avqust, 26 / 21:40
A A

Mədəniyyət Nazirliyinin “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində 2026-cı il üzrə keçirdiyi müsabiqənin seçim mərhələsi başa çatıb.

Cagdas.az xəbər verir ki bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, proqram üzrə cari il iyunun 2-dən 16-dək audiovizual sənətlər, dizayn, memarlıq, mədəni və yaradıcı sahələr üzrə menecment və digər ixtisas istiqamətlərində bakalavriat və magistratura səviyyələrində xaricdə təhsilin maliyyələşdirilməsi üçün sənəd qəbulu həyata keçirilib.

Sənəd qəbulundan ümumilikdə 51 nəfər qeydiyyatdan keçib. Onlardan 18 nəfər bakalavriat, 33 nəfər isə magistratura səviyyəsi üzrə müraciət edib.

Təqaüd Proqramının Qaydalarına uyğun olaraq, namizədlərin seçimi iki mərhələdə aparılıb. Birinci mərhələdə namizədlərin təqdim etdikləri sənədlər qiymətləndirilib, növbəti mərhələdə isə tələblərə uyğun namizədlərlə müsahibələr keçirilib, onların nəzəri bilikləri, praktiki bacarıqları və yaradıcı potensialı dəyərləndirilib. Ümumilikdə 34 namizəd müsahibə mərhələsində iştirak edib.

Mədəniyyət Nazirliyi yanında müvafiq sahələr üzrə mütəxəssislərdən ibarət “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramının Komissiyası”nın qiymətləndirməsinin nəticələrinə əsasən, 17 namizəd Təqaüd Proqramından yararlanmaq hüququ qazanıb.

Təqaüd Proqramı çərçivəsində təhsil xərcləri namizədlərin yekun qiymətləndirmə nəticələri nəzərə alınmaqla tam və ya qismən maliyyələşdiriləcək.

Təqaüdçülərdən 7 nəfər bakalavriat, 10 nəfər isə magistratura səviyyəsi üzrə ABŞ, Birləşmiş Krallıq, İtaliya, Kanada, Çin, Türkiyə və digər ölkələrin ali təhsil müəssisələrində təhsilini davam etdirəcək.

Qeyd edək ki, Təqaüd Proqramı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında nəzərdə tutulan “Mədəni və yaradıcı sənayelərin dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi” fəaliyyət istiqaməti üzrə həyata keçirilir.

Eyni zamanda, “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının 2026–2030-cu illər üzrə Tədbirlər Planında xaricdə təhsil proqramları vasitəsilə mədəniyyət sahələri üzrə peşəkar kadrların hazırlanması, əmək bazarının tələblərinə cavab verən, yaradıcı və innovativ düşüncəyə malik kadr ehtiyatının formalaşdırılması nəzərdə tutulur.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ

Avqust 12, 2026
Cəmiyyət

Ronaldu 10 illik nişanlısı ilə ilə rəsmən evləndi

Avqust 12, 2026
Cəmiyyət

Maskın 3 vətəndaşlığı var – milyarderlər hara köçür?

Avqust 12, 2026
Cəmiyyət

Boşanmadan əvvəl satılan evə görə boşandıqdan sonra pay tələb etmək olar? – Hüquqşünas açıqladı

Avqust 12, 2026
Cəmiyyət

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

Avqust 12, 2026
Cəmiyyət

Bakıda nəqliyyat dəhlizlərinin gələcəyi müzakirə olunacaq

Avqust 12, 2026

XƏBƏR LENTİ

Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ

12 Avqust, 26 / 23:31

Günəş tutulması bu BÜRCLƏRİN həyatını dəyişdirəcək

12 Avqust, 26 / 23:15

Ronaldu 10 illik nişanlısı ilə ilə rəsmən evləndi

12 Avqust, 26 / 23:00

PSJ-nin istədiyi Arda qərarını verdi

12 Avqust, 26 / 22:47

Uitkoff ABŞ-a qaytarılan Robert Gilmanla görüşdü

12 Avqust, 26 / 22:30

Maskın 3 vətəndaşlığı var – milyarderlər hara köçür?

12 Avqust, 26 / 22:17

Boşanmadan əvvəl satılan evə görə boşandıqdan sonra pay tələb etmək olar? – Hüquqşünas açıqladı

12 Avqust, 26 / 22:04

Tramp: İrana etibar etmirəm

12 Avqust, 26 / 21:51

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

12 Avqust, 26 / 20:52

Bakıda nəqliyyat dəhlizlərinin gələcəyi müzakirə olunacaq

12 Avqust, 26 / 20:38
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.