Son dəqiqə
YAP-ın strukturu dəyişməyəcək YAP sədrinin 5 illik səlahiyyət limiti ləğv olunur Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? – VİDEO Hacıbala Abutalıbov YAP-ın qurultayına gəldi – Jurnalistlərdən yayındı DİN: Şagirdlərin konfetdən zəhərlənməsi xəbəri yalandır Məktəbin qarşısında paylanılan konfetdən uşaqlar zəhərlənib? – Açıqlama Hər gün 137 qadın öldürülür: Dünyada zorakılığın dəhşətli statistikası Ermənistana keçən əsgərimizlə bağlı YENİ DETALLAR – İki versiya var Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir Pensiyaların şəhər və rayonlar üzrə fərqi – Ən yüksək və ən aşağı məbləğlər
Reklam
Reklam

Mehdiyevin gəlininin bankını əvəz edən “T-Kredit”in lisenziyası ləğv edildi

Cəmiyyət

Əsas səhmdarı Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva olmuş “Bank BTB”nin hüquqi varisi — “T-Kredit” bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.

Cagdas.az  xəbər verir ki, qərar qurumun İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli iclasında qəbul olunub.

“T-Kredit”in lisenziyası təşkilatın öz müraciəti əsasında ləğv edilib. BOKT-a bu il iyulun 28-də verilmiş BKT-51 nömrəli lisenziya beləliklə, təxminən iki ay sonra qüvvədən düşüb.

Qeyd edək ki, “T-Kredit” “Bank BTB”dən sonra yaradılmış ayrıca kredit təşkilatı deyil, bankın yenidən təşkili nəticəsində onun hüquqi varisi olub. Mərkəzi Bank martın 5-də bankın BOKT-a çevrilməsinə əvvəlcədən razılıq verib, iyulun 27-də isə “Bank BTB”nin bank lisenziyasını ləğv edərək hüquqi varisinə lisenziya verilməsi barədə qərar qəbul edib.

“Bank BTB”nin əsas səhmdarı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva olub.

Mərkəzi Bank eyni qərarla “Fintrend” BOKT-un da lisenziyasını ləğv edib. Bu təşkilatla bağlı qərara səbəb prudensial tələblərə riayət edilməməsi və Mərkəzi Banka təhrif olunmuş hesabatların təqdim edilməsidir.

Qanunvericiliyə əsasən, lisenziyanın ləğvi barədə qərar qüvvəyə mindiyi gündən BOKT fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən edilmiş qaydada ləğv olunur.\modern.az\