• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9712
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Məhkəmə Ramiz Mehdiyevin kürəkəni ilə bağlı qərar verdi

03 Sentyabr, 26 / 19:39
A A

Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin iddiası rədd olunub. Sumqayıt Apellyasiya Məhkəməsində hakim Zaur Məmmədovun sərdliyi ilə keçirilən prosesdə onun illərdir ki, məhkəmə salonlarını “gəzən” iddiası əsassız hesab olunub.

Cagdas.az  Müsavat.com-a istinadən xəbər verir ki, söhbət Mehdiyev və kürəkəni vəzifədə olduğu illərdə şabranlı sahibkar Mansur İbrahimovun əlindən alınan “TurAz” MMC üzərindən sahibkarın özünə qarşı qaldırılmış iddiadan gedir. Bundan əvvəl Ali Məhkəmənin Kommersiya Kollegiyası uzun illərdir davam edən iş üzrə yekun qərarını vermişdi.

Məhkəmə İlham Əlisəftər oğlu Əliyevin “TurAz” MMC-nin adından qaldırdığı iddianı təmin etməmişdi. “TurAz” MMC-nin Mənsur Nəmətulla oğlu İbrahimova, Şabran Bələdiyyəsinə və Şabran Rayon Notariat Kontoruna qarşı qaldırdığı, torpaq sahələrinin alqı-satqısı ilə bağlı əqdin etibarsız hesab olunmasına dair iddia əsassız hesab olunmuşdu. Ali Məhkəmənin qərarından sonra işə Sumqayıt Apellyasiya Məhkəməsində baxış bərpa olunub, bu instansiya da Ramiz Mehdiyevin kürəkəninin iddiasını əsassız hesab edib.

“TurAz” MMC vaxtilə Mansur İbrahimovun tərəfindən yaradılıb, Şabran rayonundakı meyvə bağlarının idarə olunması üçün təsis edilib və bütün fəaliyyətini həmin ərazilərdə qurub. Sahibkar deyir ki, Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə onun kürəkəni İlham Əlisəftər oğlu Əliyev şirkəti və bağları qanunsuz şəkildə ələ keçirib. Sonrakı illərdə məhkəmələrdə şirkətin Mansur İbrahimova məxsusluğu təsdiqlənsə də, həmin qərarların icrası müxtəlif hüquqi maneələr səbəbindən həyata keçirilməyib. Mansur İbrahimov uzun müddətdir ki, İlham Əlisəftər oğlu Əliyevin eyni mahiyyətli iddialarla məhkəmələrə müraciət etməklə prosesi qəsdən uzatdığını bildirirdi.

Qeyd edək ki, Ramiz Mehdiyevin və kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibkar Mansur İbrahimova qarşı gördüyü işlər bununla bitmir.

2011-ci ildə o, Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon 200 min manat kredit almaqla yaratdığı “Dostluq-MK” MMC-ni qurub. Sonrakı dövrdə “Dostluq-MK” MMC 160 hektara yaxın torpaq sahələri almaqla genişlənib.

Mansur İbrahimov bildirib ki, Ramiz Mehdiyev, kürəkəni İlham Əlisəftər oğlu Əliyev “Dostluq MK” MMC-ni də aldatma, təzyiq, vəzifədən sui-istifadə etməklə zəbt ediblər.

Hər il milyonlarla manat gəlir gətirən MMC guya İlham Əlisəftər oğlu Əliyev tərəfindən 5 min manata satın alınıb. Faktiki olaraq isə alqı-satqı formal olub. Bunu Mansur İbrahimovun iddiasına Bakı İnzibati Məhkəməsində baxılarkən İlham Əlisəftər oğlu Əliyevin özü də etiraf edib.

O deyib ki, Mansur İbrahimova MMC-yə görə 1 manat belə ödəməyib. Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev Xaçmaz rayonundan deputat olduğu illərdə Mansur İbrahimova məxsus 2 şirkəti – “TurAZ” MMC və “Dostluq MK”nı onun əlindən alıb.

Sahibkara aid torpaq sahələrini, meyvə bağlarını zəbt edib. Mansur İbrahimov Ramiz Mehdiyev və kürəkəni vəzifədə olduğu illərdə onlara qarşı məhkəmələrdə iddialar qaldırmaqla torpaq sahələrinin geri qaytarılmasını tələb edib.

Məhkəmələr Mansur İbrahimovun xeyrinə qərar verəndən sonra Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev ona qarşı iddialar qaldırmaqla bağları sahibinə qaytarılmasını uzatmaqla məşğul olub.

Hər dəfə yeni məhkəmə iddiaları ilə proses bilərəkdən uzadılıb və nəticədə Mansur İbrahimova məxsus bağlardan meyvələr yığılaraq satılıb. Bağların talanı bu gün də davam edir.

Bənzər Xəbərlər

Meeting of the second President of the Republic of Armenia Robert Kocharyan with media representatives took place at the Congress Hotel of Yerevan, Armenia
Cəmiyyət

Köçəryan təkadamlıq kamerada saxlanılır

Sentyabr 3, 2026
Cəmiyyət

Neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – GÖRÜNTÜ

Sentyabr 3, 2026
Cəmiyyət

Uşaqlı qadınların iş yerində bu hüquqları da var imiş – AÇIQLAMA

Sentyabr 3, 2026
Cəmiyyət

Ermənistandan Azərbaycana nə gətirilib?

Sentyabr 3, 2026
Cəmiyyət

Sabiq direktordan həmin görüntülərlə bağlı AÇIQLAMA – “Mənə qarşı aparılan çirkin oyundur”

Sentyabr 3, 2026
Cəmiyyət

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Sentyabr 3, 2026

XƏBƏR LENTİ

Cüdoçularımız Avropa çempionatının finalında

03 Sentyabr, 26 / 20:32
Meeting of the second President of the Republic of Armenia Robert Kocharyan with media representatives took place at the Congress Hotel of Yerevan, Armenia

Köçəryan təkadamlıq kamerada saxlanılır

03 Sentyabr, 26 / 20:18

Almaniya Ukraynaya 250 milyon avro ayıracaq

03 Sentyabr, 26 / 20:07

Neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – GÖRÜNTÜ

03 Sentyabr, 26 / 19:51

Məhkəmə Ramiz Mehdiyevin kürəkəni ilə bağlı qərar verdi

03 Sentyabr, 26 / 19:39

Uşaqlı qadınların iş yerində bu hüquqları da var imiş – AÇIQLAMA

03 Sentyabr, 26 / 19:26

Ermənistandan Azərbaycana nə gətirilib?

03 Sentyabr, 26 / 19:11

Sabiq direktordan həmin görüntülərlə bağlı AÇIQLAMA – “Mənə qarşı aparılan çirkin oyundur”

03 Sentyabr, 26 / 18:27

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

03 Sentyabr, 26 / 18:26

“Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib

03 Sentyabr, 26 / 18:25
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.