Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Məişət zorakılığının qurbanı olan kişilər ən çox bu rayondadır

Cəmiyyət

2025-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 1 413 zərərçəkən qeydə alınıb. Rəsmi məlumatlara əsasən, onların 1 176-sı qadın, 222-si isə kişi olub.

Cagdas.az  xəbər verir ki, ümumilikdə məişət zorakılığından zərər çəkənlərin təxminən 15.7 faizini kişilər təşkil edib.

Zərərçəkən kişilərin sayına görə ilk sırada Abşeron rayonu qərarlaşıb. İkinci və üçüncü yerlərdə isə Sabunçu və Xəzər rayonları yer alıb. Belə ki, Abşeronda 13, Sabunçu və Xəzər rayonlarının hər birində 12 kişi məişət zorakılığının qurbanı olub.

Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

“Ailə düzgün qurulubsa, orada belə hallar ola bilməz. Əgər ailə qurarkən müəyyən səhvlərə yol verilirsə, belə hallar baş verir. Səbəb, yəqin ki, şəhərin inkişafı ilə də əlaqədardır. Kəndlərlə müqayisədə şəhərdə nisbətən daha çox müasirləşmə var. Bu baxımdan belə hallar baş verə bilər”, – sakinlərdən biri bildirib.

“Bir xəbərdə oxumuşdum ki, hansısa qadın öz həyat yoldaşını qətlə yetirib. Bir-birini başa düşməmək, sosial və maddi problemlər buna səbəb ola bilər”, – digər sakin deyib.\refrans media\