İyulun 30-u saat 12:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 16 694 uşaq elektron qeydiyyatdan keçib.
Cagdas.az xəbər veriri ki bu barədə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, elektron qeydiyyatdan keçən uşaqlardan 12 681 nəfəri üçün aktiv sorğu yerləşdirilib.
Məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 21 iyul, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 22 iyul tarixindən aktiv edilib. Məktəbəhazırlıq qruplarına qəbul sentyabrın 14-dək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 01-30 sentyabr 2026-cı il tarixlərində həyata keçiriləcək.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2021-ci il təvəllüdlü) qəbul edilirlər.
















