• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.6° Weather Columbus
$
1.7
€
1.9345
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Məktəblərdə psixoloji dəstək PROBLEMİ

24 İyul, 26 / 18:33
A A

Uşaqların psixoloji sağlamlığı cəmiyyətin gələcəyi ilə birbaşa əlaqəli məsələlərdən biri hesab olunur. Son illərdə məktəblərdə şagirdlərin emosional rifahının qorunması, zorakılıq hallarının qarşısının alınması, sosial bacarıqların inkişafı və psixoloji dəstəyin əlçatanlığının artırılması istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir. Bu çərçivədə məktəb psixoloqları ilə yanaşı, bəzi təhsil müəssisələrində fəaliyyət göstərən “məktəblinin dostu” layihəsi də şagirdlərin təhlükəsiz və sağlam məktəb mühitində təhsil almasına dəstək göstərməyi hədəfləyir.

Bununla belə, məktəblərdə göstərilən psixoloji xidmətlərin nə dərəcədə effektiv olduğu, şagirdlərin bu xidmətlərdən nə qədər yararlandığı və mövcud mexanizmlərin onların ehtiyaclarını tam qarşılayıb-qarşılamadığı zaman-zaman müzakirə mövzusuna çevrilir. Mütəxəssislər bildirirlər ki, uşaqların yaş xüsusiyyətləri, emosional inkişaf mərhələləri və ətraf mühitin təsiri onların psixoloji vəziyyətinə birbaşa təsir göstərir. Ailə problemləri, məktəbə adaptasiya çətinliyi, bullinq, akademik təzyiq, həmyaşıd münasibətləri, sosial media və digər amillər uşaqların psixoloji dəstəyə ehtiyac duymasına səbəb ola bilər.

Bəs məktəblərdə fəaliyyət göstərən psixoloqlar və “məktəblinin dostu” layihəsi şagirdlərin ehtiyaclarına nə dərəcədə cavab verir? Uşaqlar ən çox hansı hallarda psixoloji yardıma ehtiyac duyurlar? Uşaq psixologiyasını böyüklərin psixologiyasından fərqləndirən əsas xüsusiyyətlər hansılardır? Mövzu ilə bağlı suallarımızı sahə üzrə mütəxəssis cavablandırıb.

Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova Modern.az-a açıqlama verib.

O, məktəblərdə 200-300 uşağa bir psixoloq düşməsinin daha məqsədəuyğun olduğunu bildirib:

“Məktəblərdə fəaliyyət göstərən “Məktəblinin dostu” və psixoloq fəaliyyəti tamamilə ayrı-ayrı sahələri əhatə edir. Məktəb psixoloqunun əsas işi və vəzifəsi uşaqların dərs prosesinə cəlb olunmasına kömək etmək, dərs prosesindəyaranan problemləri həll etmək, uşaqlarda olanbullinq, özgüvənsizlik, diqqət problemləri vədigər psixoloji çətinliklərin aradan qaldırılmasıistiqamətində fəaliyyət göstərməkdir.
Təəssüf ki, məktəb psixoloqlarının sayı az olduğuna görə onlar bu fəaliyyətlərini, yəni üzərlərinə düşən vəzifələri lazımi səviyyədə, tam istədiyimiz kimi həyata keçirə bilmirlər. Bir məktəbdə, məsələn, iki min şagird varsa, orada cəmi iki psixoloq fəaliyyət göstərir. Halbuki biz hər zaman bu məsələ ilə bağlı müraciətlər edirik ki, imkan daxilində ən azı 200-300 uşağa bir psixoloq düşməsi daha məqsədəuyğun olar. Necə ki, məktəblərdə müxtəlif fənlər üzrə müəllimlərin sayı çoxdur — məsələn, fizika müəllimi altı-yeddi nəfər, kimya müəllimi dörd-beş nəfər ola bilir — eyni şəkildə psixoloqların sayı da məktəblərdə kifayət qədər olmalıdır.

“Məktəblinin dostu” layihəsi isə əslində uğurlubir layihədir. Sadəcə olaraq, bəzən məktəb psixoloqunun fəaliyyətində müəyyən çətinliklər yarandıqda, “məktəblinin dostu” həmin prosesdə müəyyən yardım və dəstək göstərə bilər. Lakin valideynlər və uşaqlar bəzən “məktəblinin dostu”nu psixoloq kimi qəbul edə bilmirlər. “Məktəblinin dostu” da öz vəzifələrini müəyyənləşdirməkdə çətinlik yaşayırdı: yəni mənim əsas vəzifəm nədir, hansı işi həyata keçirməliyəm?
Mən düşünürəm ki, burada əsas məsələ say məsələsidir. Yəni həm “məktəblinin dostu”nun, həm də məktəb psixoloqlarının sayı kifayət qədər çox olmalıdır ki, onlar bir-birinə dəstək göstərə bilsinlər. Hər iki fəaliyyət məktəbdə çox vacibdir.
“Məktəblinin dostu” uşaqlara hansı məsələlərdə kömək edə bilər? Məsələn, şagirdin məktəbdə gündəlik müəyyən problemləri yarana bilər: dərsə gecikməsi, məktəbin girişində qalması, kitabını tapa bilməməsi və ya hər hansı narahatlığının olması. Belə hallarda “məktəblinin dostu” ona gündəlik məsələlərdə, bir növ kouç kimi dəstək göstərə bilər. Lakin uşaq psixoloji dəstəyə ehtiyac duyursa, onun əsas problemlərinin həlli ilə məktəb psixoloqu məşğul olur.
Məktəb psixoloqu uşağın diqqət problemlərini, sinif daxilindəki münasibətlərini, dərs prosesinə uyğunlaşmasını və digər psixoloji məsələləri araşdırır. Bu istiqamətdə onun rolu çox böyükdür.
Ümumiyyətlə, hər iki fəaliyyət məktəbdə pedaqoji prosesin vacib hissəsidir. Məktəb psixoloqu uşaqların psixoloji vəziyyəti ilə bağlı əvvəlcədən müəyyən bir xəritə hazırlayır, uşağın xarakteristikasını, mövcud problemlərini, ailədaxili münasibətlərini, risk qrupuna aid olub-olmadığını, ailənin tam və ya natamam olmasını və digər mühüm məqamları nəzərə alır.
Bütün bunlar məktəb psixoloqunun hazırladığı xəritədə öz əksini tapır. Daha sonra məktəblinin dostunun, müəllimlərin və rəhbərliyin müşahidələri əsasında uşağa uyğun psixoloji dəstəyi məktəb psixoloqu həyata keçirir”.

Müsahibimiz uşaqların daha çox bullinqə məruz qala, müxtəlif emosional və sosial çətinliklərlə qarşılaşa bildiklərini söyləyib:

“Uşaq psixologiyası yaş psixologiyasının ən mühüm sahələrindən biridir. Uşaq psixologiyası çox geniş bir dövrü əhatə edir və demək olar ki, uşaq psixoloqu ilə böyüklərlə çalışan psixoloq arasında böyük fərq var.
Böyüklər psixoloji dəstək aldıqda bəzən bir neçə seans kifayət edə bilər. Çünki böyüklər kənardan aldıqları dəstəklə, dostları ilə münasibətləri və şəxsi resursları ilə özlərinə müəyyən qədər kömək edə bilirlər. Lakin uşaqlarda bu proses fərqlidir.
Uşaqlar daha çox bullinqə məruz qala, müxtəlif emosional və sosial çətinliklərlə qarşılaşa bilərlər. Uşaq psixoloqu daha səbirli yanaşma tələb edən bir sahədə çalışır. Burada oyun terapiyasından, psixoloji testlərdən, konsultasiya və diaqnostika üsullarından geniş istifadə olunur”.

Bənzər Xəbərlər

Cəmiyyət

Nazirlər avqustda bu rayonların sakinləri ilə görüşəcək – SİYAHI

İyul 24, 2026
Cəmiyyət

İki prokuror vəzifədən azad edildi, 8-i məsuliyyətə cəlb olundu

İyul 24, 2026
Cəmiyyət

İqtisadiyyat Nazirliyinin əsasnaməsi dəyişdi

İyul 24, 2026
Cəmiyyət

İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada veriləcək

İyul 24, 2026
Cəmiyyət

Bakı-Tbilisi qatarlarında sərnişin yerlərinin sayı artırıldı

İyul 24, 2026
Cəmiyyət

“Space TV”nin bank hesablarına həbs qoyuldu

İyul 24, 2026

XƏBƏR LENTİ

“Qarabağ”ın cavab matçının biletləri satışa çıxarıldı

24 İyul, 26 / 19:29

Nazirlər avqustda bu rayonların sakinləri ilə görüşəcək – SİYAHI

24 İyul, 26 / 19:16

İki prokuror vəzifədən azad edildi, 8-i məsuliyyətə cəlb olundu

24 İyul, 26 / 18:59

İqtisadiyyat Nazirliyinin əsasnaməsi dəyişdi

24 İyul, 26 / 18:46

Məktəblərdə psixoloji dəstək PROBLEMİ

24 İyul, 26 / 18:33

İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada veriləcək

24 İyul, 26 / 18:05

Bakı-Tbilisi qatarlarında sərnişin yerlərinin sayı artırıldı

24 İyul, 26 / 17:49

“Space TV”nin bank hesablarına həbs qoyuldu

24 İyul, 26 / 17:36

Türkiyədəki yeni səfirimiz Elmar Məmmədyarovun köməkçisi olub – DOSYE

24 İyul, 26 / 17:22

Bütün sosial ödənişlər kart hesablarına KÖÇÜRÜLDÜ

24 İyul, 26 / 17:19
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.