Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Məşhur klinika cərimələndi

Cəmiyyət

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən Nəsimi rayonu M.Cəfərov 12 ünvanında yerləşən “Mərcan Medicare” klinikasında keçirilən yoxlama zamanı ciddi nöqsan aşkarlanıb.

Çağdaş.Az xəbər verir ki, yoxlama zamanı klinikada dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş və müvafiq temperatur rejiminə riayət etmədən, qismən qablaşdırılmamış vəziyyətdə dərman vasitələrinin saxlanılması faktı aşkar edilib.

Bundan başqa, klinikada lisenziyadan kənar “ginekoloji” iş, ekstrakorporal mayalandırma proseslərinin də icra olunduğu üzə çıxıb.

Yoxlama zamanı müəssisədə fəaliyyət göstərən Sonsuzluq Mərkəzində ekstrakorporal prosedurların keçirilməsi üçün nəzərdə tutulan tibbi avadanlıqların istehsal mənşəyini və qeydiyyata alınıb-alınmamasını müəyyənləşdirmək mümkün olmayıb.

Aparılan araşdırma zamanı Sonsuzluq Mərkəzində çalışanlar arasında tibb bacısı şəhadətnaməsi olmayanlar da üzə çıxıb.

Yoxlamanın yekununda klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.1; 221.1; 221.10-cu maddələri üzrə protokol tərtib edilib, klinika 6000 manat cərimə olunub.

Qeyd edək ki, klinikanın qanuni təmsilçisi Hüseynova Simuzər Elqar qızıdır./Xitab24.az/