Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Metro əlavə 88 milyon sərnişin daşıyacaq

Cəmiyyət

Bakı metrosunun sərnişin daşıma potensialı əlavə olaraq 88 milyon nəfər artırılacaq.

Cagdas.az  xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, yaxın 5 il ərzində paytaxtın ictimai nəqliyyat sahəsində, həmçinin şəhərin dayanıqlılığı və mobillik baxımından ciddi dəyişikliklər baş verəcək: “Təsdiq olunmuş dövlət proqramına müvafiq olaraq bu prosesdə Bakı Metropoliteni də əhəmiyyətli rol oynayacaq. İlk olaraq bildirmək istəyirəm ki, qarşıdakı dövrdə Bakı Metropolitenini intensiv inkişaf mərhələsi gözləyir. 10 yeni stansiyanın tikilməsi ilə bağlı metropolitendə müxtəlif istiqamətlər üzrə işlərə artıq start verilib.

Ayrıca vurğulamaq istərdim ki, bu 10 yeni stansiya paytaxtın ictimai nəqliyyat infrastrukturunu və bütövlükdə sosial mühitini köklü surətdə dəyişdirəcək”.

B. Məmmədov bildirib ki, bu layihə sərnişin axınlarının daha effektiv paylanmasına, şəhərdəki nəqliyyat sıxlığının azaldılmasına və digər problemlərin müsbət yöndə aradan qaldırılmasına töhfə verəcək: “10 yeni stansiyanın fəaliyyətə başlaması Bakı Metropoliteninin daşıma imkanlarını da genişləndirəcək. Müqayisə üçün qeyd edim ki, 2025-ci ildə Bakı Metropolitenindən 230 milyon sərnişin yararlanıb. Dövlət proqramı tam həyata keçirildikdən sonra isə metropoliten əlavə 88 milyon sərnişin daşımaq gücünə sahib olacaq”.(modern.az)