• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23° Weather Columbus
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Metroda 10 aylıq dəyişiklik: Hərəkət necə təşkil olunacaq?

05 Avqust, 26 / 16:20
A A

Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin tikinti mərhələsinə 15 avqust 2026-cı il tarixindən başlanılması planlaşdırılır.

Cagdas.az xəbər verir ki, Bakı Metropoliteninin inkişaf strategiyasının əsas layihələrindən sayılan bu mərhələdə “Nizami”–”28 May” arasındakı mövcud tunel istismardan çıxarılacaq və konstruktiv baxımdan ləğv ediləcək. Onun əvəzinə “Nizami”–”Cəfər Cabbarlı” istiqamətində iki yeni metro tuneli inşa olunacaq. Tikinti işlərinin təxminən 10 ay ərzində başa çatdırılması nəzərdə tutulur. Bu müddətdə Yaşıl xətt üzrə qatarların hərəkəti müvəqqəti olaraq “Nizami” stansiyasınadək təşkil ediləcək. Qırmızı və Yaşıl xətlər arasında birbaşa metro əlaqəsi dayandırılacağından sərnişinlərin marşrutlarında dəyişikliklər yaranacaq.

Mövcud çətinliklərin minimuma endirilməsi məqsədilə M1–M6 indeksli 6 müvəqqəti ekspres avtobus marşrutu fəaliyyət göstərəcək. Bu marşrutlara ümumilikdə 87 avtobus cəlb olunacaq. Bundan başqa, mövcud müntəzəm avtobus xətlərinə əlavə 97 avtobus buraxılacaq. Sərnişinlərin metro və alternativ yerüstü ictimai nəqliyyat vasitələri ilə daşınmasının təmin ediləcəyi bildirilir.

Eyni zamanda tikinti dövründə müvəqqəti hərəkət sxemi və alternativ marşrutlar barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək. Layihənin tamamlanmasından sonra isə Qırmızı və Yaşıl xətlər tam müstəqil fəaliyyət göstərəcək. Bu, bir xətdə yaranan nasazlıq və ya gecikmənin digər xəttin işinə təsir etməsinin qarşısını alacaq.

Həmçinin “28 May” stansiyasında sərnişin sıxlığının əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Bundan əlavə, Yaşıl xətt üzrə “Cəfər Cabbarlı”–”Xətai” sahəsində qatarların hərəkət intervalı hazırkı 8 dəqiqədən 3 dəqiqə 30 saniyəyədək enəcək.

Növbəti mərhələlərdə isə hər iki xətt üzrə qatarların hərəkət intervalının təxminən 2 dəqiqəyədək azaldılması üçün texniki imkan yaradılacaq.

Qeyd olunur ki, tikinti dövründə müəyyən narahatlıqlar yaransa da, layihə uzunmüddətli perspektivdə Bakı metrosunun ötürücülük qabiliyyətinin artırılmasına, sərnişin sıxlığının azaldılmasına və şəhərin artan nəqliyyat tələbatının daha səmərəli qarşılanmasına xidmət edəcək.(sfera.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Kirayə mənzil fonduna daha 204 mənzil əlavə olundu

Avqust 5, 2026
Cəmiyyət

Dövlət orqanları arasında əmlak dövriyyəsində YENİLİK

Avqust 5, 2026
Cəmiyyət

Ödənişli ixtisasların bu tələbələri təhsilhaqqı verməyəcək – SİYAHI

Avqust 5, 2026
Cəmiyyət

Bakının kirayə bazarında yeni dalğa – Ev axtaranlara xəbərdarlıq

Avqust 5, 2026
Cəmiyyət

Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ

Avqust 5, 2026
Cəmiyyət

Bakı avtobuslarında qəribə vəziyyət – Bu qayda dəyişə bilər

Avqust 5, 2026

XƏBƏR LENTİ

Kirayə mənzil fonduna daha 204 mənzil əlavə olundu

05 Avqust, 26 / 17:00

Dövlət orqanları arasında əmlak dövriyyəsində YENİLİK

05 Avqust, 26 / 16:46

Ödənişli ixtisasların bu tələbələri təhsilhaqqı verməyəcək – SİYAHI

05 Avqust, 26 / 16:34

Metroda 10 aylıq dəyişiklik: Hərəkət necə təşkil olunacaq?

05 Avqust, 26 / 16:20

Bakının kirayə bazarında yeni dalğa – Ev axtaranlara xəbərdarlıq

05 Avqust, 26 / 16:06

Ermənistan ABŞ-la Zəngəzur dəhlizini müzakirə etdi

05 Avqust, 26 / 15:53

Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ

05 Avqust, 26 / 15:38

Bakı avtobuslarında qəribə vəziyyət – Bu qayda dəyişə bilər

05 Avqust, 26 / 15:25

TƏCİLİ! Prezidentdən önəmli QƏRAR: Nələr dəyişəcək?

05 Avqust, 26 / 15:10

Sosial şəbəkələrdə yaş məhdudiyyətini pozanlar cərimələnəcək – Prezident təsdiqlədi

05 Avqust, 26 / 14:56
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.