• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9622
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Məzuniyyətə çıxmadan pulunu almaq olar?

11 Avqust, 26 / 17:35
A A

İşçi məzuniyyətdən istifadə etmək istəmədikdə ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilir. Məcəllənin 144-cü maddəsinin 2-ci bəndində bildirilir ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun 18 fevral 2026-cı il tarixli Qərarında isə deyilir ki, kompensasiya ödənişi əsas məzuniyyətlərlə yanaşı, əlavə məzuniyyətlərə də şamil olunmalıdır.

İşçilərə ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir. Müəyyən sahələrdə bu müddət daha çoxdur.

Əmək Məcəlləsi ilə müəyyən edilən əlavə məzuniyyətlərə isə aşağıdakılar addir:

– Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət ;

– Əmək stajına görə əlavə məzuniyyət ;

– Uşaqlı qadınların əlavə məzuniyyəti ;

 – İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əlavə məzuniyyəti.

İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislər üçün əlavə məzuniyyətin müddəti 5 gündür. 14 yaşınadək iki uşağı olan qadınlara 2 gün, bu yaşadək 3 və daha çox uşağı olan və ya əlilliyi olan uşaqlı qadınlara isə 5 gün müddətində əlavə məzuniyyət verilir. Həmçinin əmək stajından asılı olaraq işçilər üçün 2-6 gün əlavə məzuniyyət müəyyən olunur. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti isə 6 gündən az olmamalıdır.

Əmək Məcəlləsinin 135-ci maddəsində isə deyilir ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqısına əsasən müəyyən edilir.  Məzuniyyət günlərinin maaşını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 ayın əməkhaqqısının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq məbləğ tapılır. Alınan məbləği ayın günlərinin orta illik miqdarına – 30,4-ə bölməklə 1 günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş 1 günlük əməkhaqqının məbləği, məzuniyyətin müddətinin günlərinin sayına vurulur. Bu qayda işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir.

Beləliklə, buradan aydın olur ki, Arif istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ala bilər.

Bənzər Xəbərlər

Cəmiyyət

Quru sərhədlərlə bağlı MÜJDƏ – Payızda nələr olacaq?

Avqust 11, 2026
Cəmiyyət

Bakıda torpaq sahələrinin qiymətində kəskin bahalaşma

Avqust 11, 2026
Cəmiyyət

Məktəb alış-verişi bu il daha baha olacaq

Avqust 11, 2026
Cəmiyyət

İlham Əliyev Naxçıvanda səfərdədir

Avqust 11, 2026
Cəmiyyət

İçərişəhərdə divarlar yazıldı – POLİSDƏN AÇIQLAMA

Avqust 11, 2026
Cəmiyyət

Azərbaycan-ABŞ münasibətləri müzakirə olundu

Avqust 11, 2026

XƏBƏR LENTİ

Quru sərhədlərlə bağlı MÜJDƏ – Payızda nələr olacaq?

11 Avqust, 26 / 20:11

Bakıda torpaq sahələrinin qiymətində kəskin bahalaşma

11 Avqust, 26 / 19:57

Məktəb alış-verişi bu il daha baha olacaq

11 Avqust, 26 / 19:43

İlham Əliyev Naxçıvanda səfərdədir

11 Avqust, 26 / 19:29

İçərişəhərdə divarlar yazıldı – POLİSDƏN AÇIQLAMA

11 Avqust, 26 / 19:13

Azərbaycan-ABŞ münasibətləri müzakirə olundu

11 Avqust, 26 / 19:00

Macarıstanda yeni prezident seçildi

11 Avqust, 26 / 18:48

Bu məşhur kərə yağı marketlərdən yığışdırılır

11 Avqust, 26 / 18:35

Abdullah Öcalan azadlığa çıxır?

11 Avqust, 26 / 18:20

Azərbaycanda ötən il sosial şəbəkələrdəki fəaliyyətdən 250 min manat vergi yığılıb

11 Avqust, 26 / 18:07
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.