• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.9° Weather Columbus
$
1.7
€
1.986
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“MilliÖn”ün adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlandı

24 Avqust, 26 / 16:09
A A

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) əməkdaşları tərəfindən açıq mənbələr üzrə aparılan monitorinq zamanı “MilliÖn” ödəniş sisteminin adından və vizual üslubundan istifadə etməklə həyata keçirilən fişinq kampaniyası aşkarlanıb.

Cagdas.az bildirir ki, bu barədə Redaktor.az-a MKA-dan məlumat verilib.

Məlumata görə, bu saxta kampaniya çərçivəsində istifadəçilərə 1 AZN müqabilində 5 GB mobil internet və 80 dəqiqə danışıq paketi təklif edilir. Bu məqsədlə “MilliÖn”ün rəsmi səhifələrini təqlid edən million-az.shop və millionaz.site domenlərində saxta ödəniş səhifələri yaradılıb. Səhifələrdə istifadəçidən kart sahibinin adı və soyadı, kart nömrəsi, kartın bitmə tarixi, CVV kodu, telefon nömrəsi və digər məlumatlar tələb olunub.

MKA-nın apardığı texniki təhlil nəticəsində müəyyən edilib ki, səhifələrdə daxil edilən məlumatların real ödəniş sisteminə, prosessinq mərkəzi və ya bank şlüzünə ötürülməsini göstərən mexanizm mövcud deyil. Əksinə, mənbə kodunda istifadəçinin daxil etdiyi məlumatların saytın idarəedici skripti vasitəsilə üçüncü tərəfə, o cümlədən “Telegram” xidmətinə ötürülməsini təmin edən funksiya aşkarlanıb. Bu isə resursların əsas məqsədinin ödəniş qəbul etmək deyil, bank kartlarının rekvizitlərini toplamaq olduğunu göstərir.

Araşdırma zamanı müəyyən edilib ki, eyni yanaşma yalnız “MilliÖn” adı ilə məhdudlaşmır. “AzərPay” adı altında yaradılmış saxta hesab və domenlərdə də oxşar məzmunlu kampaniya həyata keçirilib. Müxtəlif reklam materiallarının müqayisəsi zamanı eyni şablon və strukturdan istifadə olunduğu, əsasən brend elementlərinin dəyişdirildiyi müəyyən edilib. Bununla yanaşı, “Ulduz Pay” adı ilə yaradılmış saxta hesab vasitəsilə də “millionaz.site” domeninə keçid yerləşdirilib.

MKA-nın monitorinqi nəticəsində kampaniya ilə əlaqəli internet-million.online, miillion.online, millionngb.com və azerpay-az-gb.site.je domenləri də aşkarlanıb.

Ətraflı https://www.cert.az/news/2026/mka-million-hesabat linki vasitəsilə tanış olmaq mümkündür.

Bənzər Xəbərlər

Cəmiyyət

Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

Avqust 24, 2026
Cəmiyyət

Ekspres avtobuslarda sərnişinlər artıq iki qapıdan minəcək

Avqust 24, 2026
Cəmiyyət

Azərbaycanlı uşaqların təhsili üçün İstanbulda mühüm layihə həyata keçirildi

Avqust 24, 2026
Cəmiyyət

Köhnə avtomobillər yollarda ölüm saçır: Müasir təhlükəsizlik sistemlərinin yoxluğu və texniki baxış sual altında

Avqust 24, 2026
Cəmiyyət

Kərə yağı azaldı, palma yağı idxalında rekord artım: Səbəb nədir? – VİDEO

Avqust 24, 2026
Cəmiyyət

Milyonlarla istifadəçiyə şad xəbər: 26 avqust 2026-cı ildən etibarən…

Avqust 24, 2026

XƏBƏR LENTİ

Qarabağ hərəkatı Ermənistanı məhv etmək layihəsi idi – Paşinyan

24 Avqust, 26 / 17:10

Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

24 Avqust, 26 / 16:56

Ekspres avtobuslarda sərnişinlər artıq iki qapıdan minəcək

24 Avqust, 26 / 16:39

Azərbaycanlı uşaqların təhsili üçün İstanbulda mühüm layihə həyata keçirildi

24 Avqust, 26 / 16:33

Köhnə avtomobillər yollarda ölüm saçır: Müasir təhlükəsizlik sistemlərinin yoxluğu və texniki baxış sual altında

24 Avqust, 26 / 16:24

“MilliÖn”ün adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlandı

24 Avqust, 26 / 16:09

Kərə yağı azaldı, palma yağı idxalında rekord artım: Səbəb nədir? – VİDEO

24 Avqust, 26 / 15:54

Milyonlarla istifadəçiyə şad xəbər: 26 avqust 2026-cı ildən etibarən…

24 Avqust, 26 / 15:40

Marketlərdə yeni dövr başlayır: Qadağa tarixləri açıqlandı

24 Avqust, 26 / 15:26

Birində 5, digərində 6 manat – Eyni məhsul marketlərdə niyə fərqli qiymətə satılır?

24 Avqust, 26 / 15:13
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.