Türkiyə Cümhuriyyət Mərkəzi Bankı 24 saat ərzində ani pul köçürmələrinə imkan verən FAST sistemində əməliyyat limitlərinin artırılacağını açıqlayıb. Yeni limitlər avqustun 26-dan etibarən qüvvəyə minəcək.
Cagdas.az xəbər verir ki, yeni tənzimləməyə əsasən, standart pul köçürmələri və “Ödəniş Tələbi” xidməti üzrə tətbiq olunan 100 min lirəlik yuxarı hədd 300 min lirəyə yüksəldiləcək.
Beləliklə, FAST vasitəsilə həyata keçirilən standart köçürmələrdə istifadəçilər əvvəlki limitdən 3 dəfə daha yüksək məbləğdə əməliyyat həyata keçirə biləcəklər.
Dəyişiklik yalnız standart pul köçürmələri ilə məhdudlaşmır. FAST-TR QR-kod vasitəsilə həyata keçirilən dinamik təsdiqli iş yeri ödənişlərində mövcud 250 min lirəlik limit də 300 min lirəyə qaldırılacaq.
Mərkəzi Bankın məlumatına görə, yeni limitlər həm fərdi, həm də kommersiya istifadəçilərinin daha yüksək məbləğli ödəniş və köçürmələri saniyələr ərzində həyata keçirməsinə imkan verəcək.
FAST sistemi 2021-ci il yanvarın 8-də istifadəyə verilib və 7/24 ani pul köçürmələrinə imkan yaratması ilə Türkiyədə nağd və kart ödənişlərinə alternativ sistemlərdən birinə çevrilib.
Yeni FAST limitləri 26 avqust 2026-cı ildən etibarən tətbiq olunacaq.(referans media)
















