UEFA Çempionlar Liqasının IV turu çərçivəsində keçiriləcək “Fənərbağça” – “Liverpul” oyunu öncəsi İngiltərə klubunun səfər heyəti müəyyənləşib.
Çağdaş.Az zəbər verir ki, Kadıköydə sabah Bakı vaxtı ilə saat 20:45-də baş tutacaq qarşılaşma öncəsi “Liverpul”un düşərgəsinə aparılan futbolçuların siyahısı açıqlanıb.
Komandanın zədəli oyunçuları Giovanni Leoni, Ceremie Frimponq, Rian Qravenberk və Huqo Ekitike heyətə daxil edilməyib.
Bundan başqa, Federiko Çieza və Vataru Endo isə “Liverpul”un UEFA Çempionlar Liqası üçün sifariş ərizəsində yer almadığından bu oyunda iştirak etməyəcəklər.
“Liverpul”un “Fənərbağça” ilə oyun üçün heyəti:
Alisson, Qomez, Van Dayk, Jacquet, Kerkez, Virtz, Szoboszlai, İsak, Mak Allister, Gakpo, Tsimikas, Munoz, Mamardaşvili, Vudman, Barkola, Arauxo, Nioni, Kambers, MkKonnell, Koumas, Ngumoha və Danns.


