Son dəqiqə
Azərbaycanın AQEM-ə sədrliyinin müddəti daha 2 il uzadılıb Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib – Prezident Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI
Reklam
Reklam

Moda dünyasında tarixi razılaşma: İki lüks brend birləşdi

Dünya

Lüks moda dünyası tarixi razılaşmanın şahidi olub.

Cagdas.az xəbər verir ki, “Prada” brendi “Versace”ı təxminən 1,4 milyard dollar dəyərində bir sövdələşmə ilə tərkibinə qatıb.

ABŞ mərkəzli dəb şirkətlər qrupu “Capri Holdings” “Versace”ın “Prada”ya 1,375 milyard dollar nağd pula satıldığını açıqlayıb.

Şirkətin baş direktoru Con D. İdol satışdan əldə edilən gəlirin əhəmiyyətli bir hissəsinin borcun ödənilməsinə sərf olunacağını bildirib.

Moda dünyasında böyük səs-küyə səbəb olan bu satınalma “Prada”nın lüks seqmentdə təsirini daha da genişləndirəcəyi ilə bağlı fərziyyələrə səbəb olub.
“Versace”ın brend kimliyinin qarşıdakı dövrdə necə yer alacağı maraq doğurur.

Con Idol qrupun digər brendləri olan “Michael Kors” və “Jimmy Choo” üçün müəyyən edilmiş strateji yol xəritəsinin qüvvədə qaldığını bildirİB. Bu ili əməliyyat balansını bərpa etmək ili kimi xarakterizə edən Idol 2027 maliyyə ilində yenilənmiş böyüməyə hazır güclü bir təməl quracaqlarını söyləyib./ölkə.az/