Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Moskva və Tehranın Strateji Birliyi: Nüvə proqramı da gündəmdədir

Dünya

Prezident qeyd edib ki, Rusiya İrana Birləşmiş Millətlər Təşkilatında dəstək verir.

Cagdas.az-ın TASS-a istinadən xəbərinə görə, Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla ikitərəfli görüşün əvvəlində bildirib ki, Moskva və Tehran İranın nüvə proqramı da daxil olmaqla, bütün beynəlxalq məsələlərdə sıx koordinasiyanı davam etdirirlər.

Putin vurğulayıb ki, “Biz İranın nüvə proqramı məsələsi də daxil olmaqla, bütün əsas beynəlxalq mövzularda sıx əlaqədəyik.”

Rusiya lideri qeyd edib ki, İran tərəfi Rusiyanın mövqeyindən xəbərdardır: “Biz Birləşmiş Millətlər Təşkilatında İrana dəstək veririk. Xarici işlər nazirlərimiz daim əlaqədədir,” – deyə o əlavə edib.

Putin həmçinin Aşqabaddakı Sülh və Etibar Forumunda həmkarı ilə görüşmək imkanından məmnunluğunu ifadə edib.

Cagdas.az
Xəqani Əzizli