• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.3° Weather Columbus
$
1.7
€
1.9877
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Müasir əmək bazarında necə iş tapmalı? – Mütəxəssislərdən məsləhətlər

22 Avqust, 26 / 20:31
A A

İş tapmaq üçün yalnız CV göndərmək kifayət etmir. Mütəxəssislər vakansiya platformaları ilə yanaşı, Dövlət Məşğulluq Agentliyinin imkanlarından, şirkətlərin karyera səhifələrindən və peşəkar əlaqələrdən istifadə etməyi tövsiyə edirlər.

İş tapmaq bu gün ən aktual məsələlərdəndir. İşaxtaranlar vakansiya platformaları, şirkətlərin karyera səhifələri, peşəkar sosial şəbəkələr və Dövlət Məşğulluq Agentliyinin imkanlarından istifadə edirlər. Lakin əmək bazarında mövcud vakansiyaların hansı kanallarda yayımlandığı və işaxtaranların bu imkanlara nə dərəcədə çıxış əldə etdiyi məsələsi də diqqət çəkir.

Bəs iş axtaran şəxs real vakansiyaları haradan və necə tapmalıdır?

Müasir əmək bazarında necə iş tapmalı? – Mütəxəssislərdən məsləhətlər

Cagdas.az  mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Vakansiya Bankından necə yararlanmaq olar?

Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, işaxtaran və işsiz şəxslər Dövlət Məşğulluq Agentliyinin Vakansiya Bankındakı iş yerləri ilə tanış olmaq üçün agentliyin regional filiallarına və ya DOST mərkəzlərinə müraciət edə bilərlər: “Müraciət zamanı vətəndaşın məşğulluq imkanları qiymətləndirilir və ona uyğun vakansiyalar təklif olunur. Şəxs təklifi qəbul etdikdə, ƏMAS (Əmək və Məşğulluq Altsistemi) vasitəsilə işəgötürənə elektron göndəriş verilir. Agentliyə müraciətin əsas üstünlüyü ondan ibarətdir ki, iş təklifi ilə yanaşı, vətəndaşlar peşəyönümü, peşə hazırlığı və digər aktiv məşğulluq proqramlarına da cəlb oluna bilirlər. “Məşğulluq haqqında” qanunun 18.3-cü maddəsinə əsasən, işəgötürən yeni iş yeri yarandığı və ya boşaldığı gündən ən geci beş iş günü müddətində həmin vakansiya barədə məlumatları ƏMAS-ın Vakansiya Bankına daxil etməlidir. İşəgötürənin vakansiyanı öz rəsmi saytında, “LinkedIn” və ya digər özəl platformalarda elan etməsi onu ƏMAS-a məlumat daxil etmək üzrə qanuni öhdəliyindən azad etmir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 540.2-ci maddəsinə görə, vakansiyanın dövlət sisteminə daxil edilməməsi 500 manatdan 1000 manatadək cərimə ilə nəticələnə bilər”.

“Rəqəmsal elanlar vasitəsilə müraciət etmək daha uğurludur”

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilovun sözlərinə görə, müasir əmək bazarında iş axtarışı üçün konkret effektiv üsul göstərmək çətindir. Təcrübəyə əsasən, hazırda ən səmərəli vasitələr ixtisaslaşmış iş elanları saytları və böyük şirkətlərin rəsmi internet səhifələrindəki “Karyera” bölmələridir: “İşaxtaranların bu platformalardakı vakansiyaları gündəlik izləməsi daha məqsədəuyğundur. Əvvəllər geniş yayılmış birbaşa müəssisələrə gedərək iş axtarmaq metodu isə artıq öz aktuallığını itirib. Hazırda hər hansı şirkətə fiziki olaraq yaxınlaşdıqda, ən yaxşı halda namizədə sadəcə CV doldurmaq üçün forma təqdim edilir. Bu səbəbdən, rəqəmsal elanlar vasitəsilə müraciət etmək həm vaxta qənaət, həm də nəticə baxımından daha uğurludur”.

“Bu öhdəliyin yerinə yetirilməməsi hüquqi məsuliyyət yaradır”

Ekspertin fikrincə, Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi vakansiya bazası da effektiv mənbə hesab olunur:

“Belə ki, qanunvericiliyə görə, bütün müəssisələr yeni və ya boş iş yeri yarandıqda bu barədə məlumatları mütləq şəkildə agentliyin sistemində yerləşdirməyə borcludurlar. Yəni bu, işəgötürənlər üçün könüllü bir proses deyil, birbaşa qanuni öhdəlikdir. Bu öhdəliyin yerinə yetirilməməsi isə hüquqi məsuliyyət yaradır”.

“İşə qəbul prosesləri əksər hallarda qapalı həyata keçirilir”

İnsan resursları və işə qəbul üzrə mütəxəssis Sevda Quliyeva isə bildirib ki, bu məsələ əmək bazarının ən həssas və yaralı yerlərindən biridir:

“Bəzən biz özümüz də bu proseslərdə ciddi çətinliklərlə, haqsız rəqabətlə üzləşirik. Bunun əsas səbəbi işə qəbul proseslərinin əksər hallarda qapalı həyata keçirilməsidir. Təəssüf ki, bir çox qurumlar öz komandasını şəxsi tanışlıq və əlaqələr vasitəsilə formalaşdırmağa üstünlük verir. Dövlət Məşğulluq Agentliyinə, adətən, texniki və ya fəhlə kateqoriyasına aid olan vakansiyalar təqdim edilir. Bəzi şirkətlər əməkhaqqı məbləğini məxfi saxlamaq üçün strateji vəzifələri rəsmi dövlət portallarına verməkdən çəkinirlər. Kateqoriya fərqinə görə bu yanaşma müəyyən mənada anlaşılandır. Lakin rəhbər və strateji vəzifələr peşəkar HR və “headhunting” şirkətlərinə həvalə olunmalıdır ki, biz onları doğru hədəf kütləsinə və ən uyğun namizədlərə çatdıra bilək. Bunun əvəzində isə istər dövlət, istərsə də özəl sektorda vakansiyaların cəmiyyətdən gizlədilməsi və yalnız tanışları ilə doldurulması halları geniş yayılıb. Beynəlxalq kadr idarəetməsi təcrübəsində belə bir yanaşma yoxdur və bu tendensiya cəmiyyət tərəfindən ciddi şəkildə qınanılmalıdır”.

“Ən effektiv çıxış yolu bir neçə kanaldan istifadə etməkdir”

S.Quliyevanın fikrincə, bu gün iş tapmaq minlərlə insan üçün ən aktual məsələdir. Namizədlər yalnız vakansiya portallarına CV göndərib cavab gözləmək yanaşması ilə kifayətlənməməlidirlər:

“Ən effektiv çıxış yolu paralel şəkildə bir neçə kanaldan istifadə etməkdir. CV mütləq şəkildə konkret vəzifənin tələblərinə uyğunlaşdırılmalı və birbaşa şirkətlərin HR komandalarına göndərilməlidir. Eyni zamanda, “LinkedIn” kimi peşəkar platformalarda aktiv olmaq, əlaqələr qurmaq və şəxsi brendi formalaşdırmaq şərtdir. Bunlardan əlavə, xüsusilə orta və yüksək səviyyəli mütəxəssislər HR, rekrutinq və “headhunting” şirkətləri ilə mütəmadi əlaqədə olmalıdırlar. Çünki şirkətlər məxfi və rəhbər vakansiyaları qısa müddətdə uyğun namizədlərlə doldurmaq üçün məhz bu xidmətlərə müraciət edirlər. Müasir əmək bazarında işəgötürənlər üçün yalnız diplom və quru iş təcrübəsi deyil, namizədin real bacarıqları, rəqəmsal kompetensiyaları, kommunikasiya qabiliyyəti, liderlik potensialı və şirkətə qatacağı dəyər həlledici əhəmiyyət daşıyır. Buna görə də işaxtaranlar adaptasiya olunmuş CV, şirkətlərə birbaşa müraciət, aktiv “networking” və peşəkar rekrutinq şirkətlərinin imkanlarından paralel şəkildə istifadə etməlidirlər. Əsas məqsəd sadəcə çoxlu sayda CV göndərmək deyil, doğru şirkətə, doğru vəzifəyə, doğru zamanda və ən doğru namizəd kimi təqdim olunmaqdır”.\Valyuta.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Naxçıvanla bağlı Bakıdan verilən qərar – Mühüm dəyişikliklər olacaq

Avqust 22, 2026
Cəmiyyət

Britaniya səfirlərinin Gəncə sirri – Görəvdən əvvəl niyə o şəhər seçilir?

Avqust 22, 2026
Cəmiyyət

Ukraynadan 1626 azərbaycanlı ilə bağlı qərar

Avqust 22, 2026
Cəmiyyət

Bakıda tələbələr üçün kirayə evlər: Ən ucuz və ən bahalı ərazilər

Avqust 22, 2026
Cəmiyyət

Türkiyədə universitet oxumaq istəyənlər üçün: Qəbuldan təqaüdə qədər nələri bilmək lazımdır?

Avqust 22, 2026
Cəmiyyət

ABŞ-yə köçmək istəyənlərin nəzərinə: Qanunsuz hesab edilən visa qadağası ləğv olundu

Avqust 22, 2026

XƏBƏR LENTİ

Naxçıvanla bağlı Bakıdan verilən qərar – Mühüm dəyişikliklər olacaq

22 Avqust, 26 / 21:53

Britaniya səfirlərinin Gəncə sirri – Görəvdən əvvəl niyə o şəhər seçilir?

22 Avqust, 26 / 21:33

Ukraynadan 1626 azərbaycanlı ilə bağlı qərar

22 Avqust, 26 / 21:13

Bakıda tələbələr üçün kirayə evlər: Ən ucuz və ən bahalı ərazilər

22 Avqust, 26 / 20:52

Müasir əmək bazarında necə iş tapmalı? – Mütəxəssislərdən məsləhətlər

22 Avqust, 26 / 20:31

Türkiyədə universitet oxumaq istəyənlər üçün: Qəbuldan təqaüdə qədər nələri bilmək lazımdır?

22 Avqust, 26 / 20:11

ABŞ-yə köçmək istəyənlərin nəzərinə: Qanunsuz hesab edilən visa qadağası ləğv olundu

22 Avqust, 26 / 19:50

İnsanları məqsədlərinə çatdıran nədir? – Motivasiya ilə bağlı 6 amil

22 Avqust, 26 / 19:30

“Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib”

22 Avqust, 26 / 19:09

Daha bir ölkə “Məkkə Sazişi”nə qoşulmaq istəyir

22 Avqust, 26 / 18:49
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.