• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14° Weather Columbus
$
1.7
€
1.9566
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Müəllimin maaşı ilə bağlı mühüm xəbər – şagirdlərin nəticələrinə görə…

04 Avqust, 26 / 14:02
A A

Məktəblərdə tamştatlı əməkhaqqı sisteminə keçidlə bağlı aparılan müzakirələr müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni yanaşmaları da gündəmə gətirir. Deputat Elnarə Akimova hesab edir ki, gələcəkdə müəllimlərin əməkhaqqının yalnız dərs yükünə görə deyil, həm də hazırladıqları şagirdlərin əldə etdikləri nəticələr nəzərə alınmaqla diferensiallaşdırılması mümkündür. Lakin bu model obyektiv və çoxmeyarlı qiymətləndirmə prinsipləri əsasında qurulmalıdır.

Cagdas.az  bildirir ki, Modern.az-a danışan deputat bildirib ki, tamştatlı əməkhaqqı sistemi ilk baxışda yalnız maaş mexanizminin dəyişdirilməsi kimi görünsə də, əslində müəllim peşəsinin mahiyyətinə yeni yanaşmanın formalaşdırılması deməkdir:

“Bu, müəllimin yalnız keçdiyi dərs saatına görə deyil, məktəbin ümumi fəaliyyətində, şagirdlərin inkişafında və təhsil mühitinin formalaşmasında oynadığı rolun daha obyektiv qiymətləndirilməsi istiqamətində mühüm addım hesab oluna bilər”.

Deputatın sözlərinə görə, müəllimin peşəkarlığını göstərən əsas meyarlardan biri onun yetişdirdiyi şagirdlərin uğurlarıdır.

“Respublika və beynəlxalq fənn olimpiadalarında qazanılan uğurlar, qəbul imtahanlarında yüksək nəticələr, beynəlxalq müsabiqələrdə, elmi layihələrdə, startap yarışlarında və digər intellektual platformalarda əldə edilən nailiyyətlər müəllimin uzun illər ərzində sərf etdiyi zəhmətin real göstəricisidir”.

Elnarə Akimova hesab edir ki, nəticəyönümlü qiymətləndirmə müəllimlər arasında sağlam rəqabət mühiti yarada bilər. Onun fikrincə, belə yanaşma müəllimləri yalnız proqramı başa çatdırmağa deyil, hər bir şagirdin potensialını üzə çıxarmağa, yeni tədris metodlarından və müasir texnologiyalardan istifadəyə daha çox həvəsləndirəcək.

Bununla yanaşı, deputat diferensial əməkhaqqı sisteminin yalnız qəbul imtahanlarının nəticələrinə əsaslanmasının doğru olmadığını vurğulayıb:

“Əgər qiymətləndirmə yalnız test ballarına əsaslansa, bu, məktəbin əsas missiyasını kölgədə qoya bilər. Məktəb sadəcə universitetə abituriyent hazırlayan müəssisə deyil, vətəndaş, şəxsiyyət və milli-mənəvi dəyərlərə bağlı insan yetişdirən təhsil ocağıdır”.

Deputatın sözlərinə görə, qiymətləndirmə zamanı müəllimin peşəkar inkişafı, sertifikatlaşdırma nəticələri, şagirdlərin ümumi bilik artımı, olimpiada və müsabiqələrdə qazandıqları uğurlar, innovativ layihələrdə iştirakı, rəqəmsal bacarıqları, məktəbin ictimai həyatındakı fəallığı, valideynlərlə əməkdaşlığı və inklüziv təhsilə verdiyi töhfə də nəzərə alınmalıdır.

Deputat hesab edir ki, müəllimlərin fəaliyyət göstərdikləri mühit də qiymətləndirmə mexanizminin tərkib hissəsi olmalıdır:

“Şəhər məktəbi ilə ucqar kənd məktəbinin imkanları eyni deyil. Bəzi müəllimlər istedadlı uşaqlarla işləyir, digərləri isə sosial baxımdan həssas qruplara mənsub şagirdlərin təhsilinə dəstək verir. Ona görə də qiymətləndirmə mexanizmi müəllimin fəaliyyət göstərdiyi mühiti də nəzərə almalı, heç kəs üçün ədalətsiz rəqabət yaratmamalıdır”.

Elnarə Akimova sonda bildirib ki, tamştatlı əməkhaqqı sistemi tətbiq edilərkən nəticəyönümlü diferensial əməkhaqqı modelinin də mərhələli şəkildə formalaşdırılması məqsədəuyğundur. Onun fikrincə, bu model müəllimin bütün peşə fəaliyyətini, şagirdin inkişafını və məktəbə verdiyi töhfəni əhatə edən obyektiv və şəffaf qiymətləndirmə mexanizmi əsasında qurulmalıdır. Bu isə həm müəllim peşəsinin nüfuzunun yüksəlməsinə, həm də Azərbaycan təhsilinin keyfiyyətinin artırılmasına xidmət edəcək.

Bənzər Xəbərlər

Cəmiyyət

Sabah 39 dərəcə isti GÖZLƏNİLİR

Avqust 4, 2026
Cəmiyyət

Toy mövsümü bu tarixdən başlayır

Avqust 4, 2026
Cəmiyyət

Nazirlər Kabineti yeni qərar verib

Avqust 4, 2026
Cəmiyyət

Şəmkirdə 15 gün qaz olmayacaq

Avqust 4, 2026
Cəmiyyət

Prezidentin köməkçisi sülh sazişi ilə bağlı gözləntiləri AÇIQLADI

Avqust 4, 2026
Cəmiyyət

Gömrük qaydalarında dəyişiklik

Avqust 4, 2026

XƏBƏR LENTİ

Sabah 39 dərəcə isti GÖZLƏNİLİR

04 Avqust, 26 / 14:43

Toy mövsümü bu tarixdən başlayır

04 Avqust, 26 / 14:29

Qurban Qurbanov Bakıda mətbuat konfransı keçirəcək

04 Avqust, 26 / 14:16

Müəllimin maaşı ilə bağlı mühüm xəbər – şagirdlərin nəticələrinə görə…

04 Avqust, 26 / 14:02

Nazirlər Kabineti yeni qərar verib

04 Avqust, 26 / 13:49

Bu həftə bürcləri elə şeylər gözləyir ki… – ƏN SON PROQNOZ

04 Avqust, 26 / 13:35

Şəmkirdə 15 gün qaz olmayacaq

04 Avqust, 26 / 13:22

Prezidentin köməkçisi sülh sazişi ilə bağlı gözləntiləri AÇIQLADI

04 Avqust, 26 / 13:08

Gömrük qaydalarında dəyişiklik

04 Avqust, 26 / 12:55

Ucuz evlər satışa çıxarılır

04 Avqust, 26 / 12:41
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.