• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.4° Weather Columbus
$
1.7
€
1.9622
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Müəllimlərin maaşı ilə bağlı YENİ TƏKLİF

11 Avqust, 26 / 10:47
A A

Son günlər müəllimlərin maaşının şagirdlərinin nəticələrinə uyğun müəyyənləşdirilməsi ilə bağlı təkliflər gündəmə gəlib və cəmiyyətdə müzakirələrə səbəb olub. Azərbaycanda uzun illərdir şagirdlərin göstəricilərinin müəllimin fəaliyyətinin nəticələrindən biri olduğu düşünülür. Dünyada da buna bənzər nümunələr var. Məsələn, ABŞ-ın bəzi məktəblərində, Hindistanın bir neçə ştatında və Çilidə şagirdlərin yüksək qiymətli fəaliyyətinə görə pedaqoqlara əlavə ödəniş və bonus modellərindən istifadə edilib. Ancaq müəllimin maaşının birbaşa şagird nəticələrinə bağlanması geniş yayılmış sistem deyil.

Cagdas.az  bildirir ki, mövzu ilə bağlı  Bizim.media-ya danışan təhsil eksperti Məzahir Məmmədlinin də sözlərinə görə, bu nə dünya təcrübəsində, nə də bizim uzun müddət yaşadığımız təhsil mühitində mümkün olub.

Şagirdin nəticəsini yalnız müəllimin fəaliyyəti ilə ölçmək mümkündürmü?

M.Məmmədli bildirir ki, şagirdin yüksək nəticə göstərməsi yalnız bir müəllimdən asılı deyil. Bu, ümumilikdə məktəbin, bəzi hallarda isə cəmiyyətin problemidir:

“Elə məktəblərimiz var ki, orada ixtisaslaşmış, peşəkar fizik, kimyaçı, ədəbiyyatçı və ya tarixçi müəllimlər çalışır. Həmin müəllimlərin hazırladığı şagirdlər yüksək nəticələr əldə edərək istədikləri ixtisaslara qəbul ola bilirlər. Ancaq ümumi mənzərəyə baxdıqda görürük ki, bir məktəbin bütün fəaliyyəti eyni dərəcədə ürəkaçan olmaya bilər”.

Bir və ya bir neçə müəllimin zəif nəticə göstərməsi ümumilikdə məktəbin göstəricilərinə təsir edə bilər

“İndi təsəvvür edək ki, bir məktəbin göstəricisi analiz olunur və bir-iki müəllimə görə məktəbin ümumi göstəricisi aşağı düşür. Bu halda həmin müəllimlərin nəticələri necə qiymətləndiriləcək? Halbuki hər bir müəllim öz fənni üzrə bir neçə şagird hazırlayaraq onların yüksək nəticə göstərməsinə nail ola bilər.

Ona görə də düşünürəm ki, bu yanaşma Azərbaycan reallığı üçün bir qədər uyğun görünmür. Mən ümumilikdə müəllimlərin maaşının yalnız şagird göstəricilərinə əsasən müəyyənləşdirilməsi ilə bağlı belə bir praktikaya rast gəlməmişəm. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, təhsildə müəllimin fəaliyyətinin yalnız şagird nəticələri ilə ölçülmədiyini görərik”,- ekspert vurğulayıb.

“Azərbaycanda da müəllimlər üçün həvəsləndirmə müxanizmləri var”

M.Məmmədli qeyd edir ki, fəal müəllimlərə müxtəlif formada təşviqlər verilir:

“Əməkdar müəllim” adı alan şəxslərə yalnız bu ada görə hər ay 120 manat əlavə ödəniş edilir. Bundan başqa, “Tərəqqi” medalı alanlar və “İlin müəllimi” seçilənlər var. Yəni bizdə də müəllimləri həvəsləndirmək üçün müəyyən mexanizmlər mövcuddur.

Ancaq bizim həmin ölkələrdən fərqimiz odur ki, şagirdlərin nəticələrinə görə ayrıca sistemimiz yoxdur. Nə vaxt ki, bizdə də belə sistemlər yaradılacaq, hər şagirdə fərdi yanaşma tətbiq olunacaq və onun şəxsi inkişafı qiymətləndiriləcək, həmin şagirdin yetişdirilməsində rolu olan müəllimə də ayrıca mükafat və ya müəyyən kateqoriyada əlavə ödəniş verilməsi mümkün olacaq”.

Xatırladaq ki, hazırda dövlət ümumi təhsil müəssisələrində müəllimlər üçün əməkhaqqı əsasən dərs yükü, pedaqoji staj, təhsil səviyyəsi, sertifikatlaşdırma nəticəsi və digər meyarlar nəzərə alınmaqla hesablanır. Son açıqlanan rəqəmlərə görə, müəllimlərin 12 faizi ayda 500 manatdan az, 39 faizi 500-1000 manat, 36 faizi 1000-1500 manat, 12 faizi 1500-2000 manat, 1 faizi isə 2000 manat və daha çox əməkhaqqı alır. Ən yüksək maaş alan müəllimlərin həftəlik orta dərs yükü 34 saat, ən aşağı maaş alanların isə 8 saatdır.

Bənzər Xəbərlər

Cəmiyyət

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi

Avqust 11, 2026
Cəmiyyət

I qrupda təhsil haqları: ən ucuz və ən bahalı İXTİSASLAR

Avqust 11, 2026
Cəmiyyət

Avropada havanın temperaturu yenidən yüksələcək

Avqust 11, 2026
Cəmiyyət

Babək prospektində avtomobil salonu yanıb – VİDEO

Avqust 11, 2026
Cəmiyyət

Bu gündən başlayır – Sürücülərə xəbərdarlıq edildi

Avqust 11, 2026
Cəmiyyət

Azərbaycanda avtomobillər 600 manatdan hərraca çıxarılır – Foto

Avqust 11, 2026

XƏBƏR LENTİ

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi

11 Avqust, 26 / 11:56

I qrupda təhsil haqları: ən ucuz və ən bahalı İXTİSASLAR

11 Avqust, 26 / 11:42

Avropada havanın temperaturu yenidən yüksələcək

11 Avqust, 26 / 11:27

Babək prospektində avtomobil salonu yanıb – VİDEO

11 Avqust, 26 / 11:15

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

11 Avqust, 26 / 11:01

Müəllimlərin maaşı ilə bağlı YENİ TƏKLİF

11 Avqust, 26 / 10:47

İran Parlamenti 2 həftəyə Hörmüzlə bağlı məsələyə baxacaq

11 Avqust, 26 / 10:33

Bu gündən başlayır – Sürücülərə xəbərdarlıq edildi

11 Avqust, 26 / 10:19

Azərbaycanda avtomobillər 600 manatdan hərraca çıxarılır – Foto

11 Avqust, 26 / 10:05

Avqustda karyera yüksəlişinə hazırlaşmalı olan BÜRCLƏR

11 Avqust, 26 / 9:51
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.