• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.1° Weather Columbus
$
1.7
€
1.9591
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir – Ali Məhkəmə

07 Avqust, 26 / 11:25
A A

Ali Məhkəmənin Mülki kollegiyası müəlliflik hüququ ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Cagdas.az bildiriri ki bu barədəAli Məhkəmədən məlumat verilib.

Bildirilib ki, işin hallarına görə, iddiaçı (Gildiya) audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatı cavabdeh şirkətin audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasında istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal etdiyini bildirərək, cavabdehin üzərinə iddiaçı ilə müqavilə bağlanılması öhdəliyi qoyulmasını və qanunvericilikdə nəzərdə tutulmuş qonorarın tutulmasını tələb edir.

Cavabdeh isə iddiaya etiraz edərək bildirib ki, idxal etdiyi mallar qanunda nəzərdə tutulan surətçıxarma avadanlıqları və maddi daşıyıcılar hesab edilmir, şirkət yalnız elektronika və məişət texnikası idxal edir və satır. Buna görə də qonorar ödəmək və Gildiya ilə müqavilə bağlamaq öhdəliyi daşımadığını irəli sürüb.

İşə mahiyyəti üzrə baxmış məhkəmələr iddianı rədd edərkən belə nəticəyə gəliblər ki, iddiaçı cavabdehə müqavilə bağlanması üçün təklif (oferta) göndərmiş, lakin cavabdeh tərəfindən müqavilənin bağlanmasına dair razılıq (aksept) göndərilməmişdir. Müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında könüllü şəkildə bağlanılır, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Bundan başqa, məhkəmələr cavabdehin idxal etdiyi malların qanunda göstərilən avadanlıq və maddi daşıyıcılar kateqoriyasına aid olduğunu iddiaçının mötəbər sübutlarla təsdiq edə bilmədiyini qeyd ediblər.

Ali Məhkəmənin mövqeyində isə bildirilib ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 17.3-cü maddəsinə əsasən, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surəti çıxarıldıqda müəlliflərin, ifaçıların, audiovizual əsər və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır və həmin qonorar surətçıxarma üçün istifadə olunan avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən ödənilir:

“Normanın məzmunundan görünür ki, həm müəlliflərin qonorar almaq hüququ, həm də istehsalçı və ya idxalçıların həmin qonorarı ödəmək öhdəliyi birbaşa qanundan irəli gəlir.
Həmin Qanunun 17.4-cü maddəsində nəzərdə tutulmuş müqavilə isə bu hüququ yaradan hüquqi fakt deyil, onun həyata keçirilməsi mexanizmlərindən biridir. Müqavilənin bağlanması tərəflərə, o cümlədən idxalçıya qanunvericilikdə müəyyən edilmiş minimum hədd nəzərə alınmaqla, qonorarın məbləğini və ödənilməsi şərtlərini qarşılıqlı razılıq əsasında müəyyən etmək imkanı verir. Tərəflər razılığa gələ bilmədikdə isə həmin məsələlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi açıq şəkildə göstərilmişdir.

Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdehin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulmasının yolverilməz olması barədə mövqeyi ilə razılaşsa da, qeyd etmişdir ki, həmin mövqe öz-özlüyündə iddiaçının pul tələbinin rədd edilməsi üçün əsas hesab edilə bilməz, çünki müəlliflərin qonorar almaq hüququ və cavabdehin ödəniş öhdəliyinin hüquqi əsasının birbaşa qanundan, yoxsa müqavilədən irəli gəldiyi müəyyən olunmalıdır.

Əks yanaşma qəbul edildiyi halda, surətçıxarma üçün istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal edən şəxslər sadəcə müqavilə bağlamaqdan imtina etməklə qanunla nəzərdə tutulmuş ödəniş öhdəliyindən yayına bilərlər. Belə yanaşma isə müəlliflərin və əlaqəli hüquq sahiblərinin qanunla təmin edilmiş əmlak hüquqlarının faktiki həyata keçirilməsini mümkünsüz edər, qanunvericinin müəyyən etdiyi kompensasiya mexanizmini əhəmiyyətsiz hala salar və hüquqdan sui-istifadəyə şərait yaradardı.

Beləliklə, tərəflər arasında müqavilənin bağlanmaması müəlliflərin qanundan irəli gələn qonorar almaq hüququnu və idxalçının həmin qonorarı ödəmək öhdəliyini aradan qaldırmır. Müqavilənin hüquqi əhəmiyyəti tərəflərin qanunvericiliklə müəyyən edilmiş çərçivə daxilində qonorarın məbləği və ödənilmə qaydası barədə qarşılıqlı razılığa gəlmələrindən ibarətdir. Belə razılıq əldə edilmədiyi halda isə idxalçı qanunvericilikdə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.08.2007-ci il tarixli 132 nömrəli qərarı ilə müəyyən edilmiş minimum məbləğdə qonorar ödəmək öhdəliyini daşıyır”.

Həmçinin vurğulanıb ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17.3-cü maddəsində sadalanan avadanlıq və maddi daşıyıcıların siyahısı məhdud xarakter daşımır. “Başqa avadanlıqlar” və “digər maddi daşıyıcılar” anlayışları texnoloji inkişaf nəzərə alınmaqla funksional meyar əsasında şərh edilməlidir. Konkret texniki vasitənin həmin kateqoriyaya aid olub-olmaması onun adından deyil, audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılması və yazılması imkanını təmin edib-etməməsindən asılı olaraq müəyyən edilməlidir.

Sonda iddiaçı tərəfindən verilən kassasiya şikayəti qismən təmin edilib.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda vergi borcları 4 milyard manatı keçib

Avqust 7, 2026
Cəmiyyət

Azərbaycan həm Ukraynaya dəstək verir, həm də Rusiya ilə münasibətləri qoruyur

Avqust 7, 2026
Cəmiyyət

Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır

Avqust 7, 2026
Cəmiyyət

Bir neçə bank kartı olanlar üçün yeni limit qaydası AÇIQLANDI

Avqust 7, 2026
Cəmiyyət

Maliyyə Nazirliyi 10 dövlət müəssisəsi ilə bağlı Prezidentə hesabat verdi

Avqust 7, 2026
Cəmiyyət

Güclü külək gəlir – XƏBƏRDARLIQ

Avqust 7, 2026

XƏBƏR LENTİ

Azərbaycanda vergi borcları 4 milyard manatı keçib

07 Avqust, 26 / 19:44

Azərbaycan həm Ukraynaya dəstək verir, həm də Rusiya ilə münasibətləri qoruyur

07 Avqust, 26 / 19:31

Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır

07 Avqust, 26 / 19:17

Bir neçə bank kartı olanlar üçün yeni limit qaydası AÇIQLANDI

07 Avqust, 26 / 19:08

Maliyyə Nazirliyi 10 dövlət müəssisəsi ilə bağlı Prezidentə hesabat verdi

07 Avqust, 26 / 18:58

Güclü külək gəlir – XƏBƏRDARLIQ

07 Avqust, 26 / 18:36

Bakı Moskvayla Kiyevi barışdırır – Bayramovun iki səfərinin pərdəarxası

07 Avqust, 26 / 18:23

Səfərbərlik Xidmətinin rüşvət alan əməkdaşları HƏBS EDİLDİ

07 Avqust, 26 / 18:11

Bu şəxslər ad və soyadını dəyişə bilməz – RƏSMİ

07 Avqust, 26 / 17:48

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan “Məkkə sazişi”ni imzaladı

07 Avqust, 26 / 17:35
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.