• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9712
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib

03 Sentyabr, 26 / 18:25
A A

Bakı İctimai Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan İstiqlal Muzeyinin ev sahibliyi ilə “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib.

Cagdas.az  xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal ideyalarının, milli dövlətçilik ənənələrinin və Azərbaycanın müstəqillik tarixinin əhəmiyyətinin ictimaiyyətə çatdırılması, bu tarixi irsin gənc nəslə daha geniş şəkildə aşılanması olub.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Bakı İctimai Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin rəhbəri Rauf Zeyni açaraq iştirakçıları salamlayıb. O, Azərbaycanın müstəqillik tarixinin öyrənilməsinin, milli dövlətçilik ənənələrinin qorunmasının və istiqlal ideyalarının gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Tədbirdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, millət vəkili Aydın Mirzəzadə, prof.dr. Firudin Ağasıoğlu, ictimai-siyasi xadim Vahid Əhmədov, Sabit Bağırov, ictimai xadim Əliməmməd Nuriyev, İlham Məmmədov, birlik sədri İradə Rzazadə, Azad Rzayev, ictimai fəal Məhsəti Hüseynova, ictimai fəal Asim Vəliyev,  eləcə də elm və təhsil, mədəniyyət, media, vətəndaş cəmiyyəti, gənclər və digər ictimai sahələrin nümayəndələri iştirak ediblər.

Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının milli dövlətçilik tariximizdəki rolu, Müstəqillik Bəyannaməsinin tarixi və siyasi əhəmiyyəti, Azərbaycanın müstəqillik ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi məsələləri diqqət mərkəzində olub.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin elan etdiyi müstəqillik milli iradənin və azadlıq istəyinin tarixi ifadəsi olmaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Cümhuriyyət dövründə formalaşmış dövlətçilik ənənələri və milli istiqlal ideyaları müasir Azərbaycanın dövlətçilik irsinin mühüm tərkib hissələrindən biridir.

Tədbir iştirakçıları tərəfindən milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin yaşadılması, tarixi yaddaşın möhkəmləndirilməsi və xüsusilə gənclər arasında milli şüurun inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə müxtəlif sahələri təmsil edən ziyalıların, ictimai xadimlərin, dövlət və vətəndaş cəmiyyəti nümayəndələrinin, media və gənclər təşkilatlarının bir araya gəlməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki, bu cür platformalar fikir mübadiləsinin aparılması, tarixi irsin birgə müzakirəsi və milli həmrəyliyin daha da gücləndirilməsi baxımından mühüm imkanlar yaradır.

Bakı İctimai Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin rəhbəri Rauf Zeyni çıxışında qeyd edib ki, rəhbərlik etdiyi təşkilat bundan sonra da Azərbaycanın tarixinin, milli-mənəvi dəyərlərinin və dövlətçilik ənənələrinin təbliğinə, tarixi yaddaşın qorunmasına və gənc nəslin milli dövlətçilik ruhunda maarifləndirilməsinə yönəlmiş layihələrin həyata keçirilməsini davam etdirəcək.

Tədbirin sonunda iştirakçılara təşəkkür bildirilib, Azərbaycanın müstəqillik tarixinin, milli-mənəvi dəyərlərinin və dövlətçilik ənənələrinin təbliği istiqamətində birgə təşəbbüslərin və yeni layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.\qht.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Uşaqlı qadınların iş yerində bu hüquqları da var imiş – AÇIQLAMA

Sentyabr 3, 2026
Cəmiyyət

Ermənistandan Azərbaycana nə gətirilib?

Sentyabr 3, 2026
Cəmiyyət

Sabiq direktordan həmin görüntülərlə bağlı AÇIQLAMA – “Mənə qarşı aparılan çirkin oyundur”

Sentyabr 3, 2026
Cəmiyyət

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Sentyabr 3, 2026
Cəmiyyət

Bakıda mal ətinin qiyməti 23 manat oldu – Azərbaycanda niyə heyvan sayı azalıb?

Sentyabr 3, 2026
Cəmiyyət

Onlayn dərsə keçən məktəblərin SİYAHISI

Sentyabr 3, 2026

XƏBƏR LENTİ

Uşaqlı qadınların iş yerində bu hüquqları da var imiş – AÇIQLAMA

03 Sentyabr, 26 / 19:26

Ermənistandan Azərbaycana nə gətirilib?

03 Sentyabr, 26 / 19:11

Sabiq direktordan həmin görüntülərlə bağlı AÇIQLAMA – “Mənə qarşı aparılan çirkin oyundur”

03 Sentyabr, 26 / 18:27

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

03 Sentyabr, 26 / 18:26

“Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib

03 Sentyabr, 26 / 18:25

Bakıda mal ətinin qiyməti 23 manat oldu – Azərbaycanda niyə heyvan sayı azalıb?

03 Sentyabr, 26 / 18:14

Onlayn dərsə keçən məktəblərin SİYAHISI

03 Sentyabr, 26 / 18:00

Apteklərdə yoxlamar aparıldı – 19-da nöqsan aşkarlandı

03 Sentyabr, 26 / 17:48

Azərbaycan manatının kursu Ermənistanda neçədir?

03 Sentyabr, 26 / 17:35

Bakıda Formula 1 yarışları ilə bağlı bir ilk – Bu tarixlərdə keçiriləcək

03 Sentyabr, 26 / 17:23
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.