Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

Cəmiyyət

Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Cagdas.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb. Təyinatla bağlı Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Ülvi Hacızadəni nazirliyin kollektivinə təqdim edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Ülvi Hacızadəni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir yeni təyinatın nazirliyin fəaliyyətinin daha da səmərəli təşkilinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Ülvi Hacızadə ona göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edib. O, bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlmək üçün bütün bilik və bacarığını səfərbər edəcəyini, göstərilən etimadı doğrultmaq istiqamətində əzmlə çalışacağını bildirib. Nazirliyin fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələrin icrasında kollektivlə birlikdə səmərəli fəaliyyət göstərəcəyini vurğulayıb.

Bu dövrə qədər Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geologiya və Mineral Xammmal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.(referans media)