• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.4° Weather Columbus
$
1.7
€
1.9877
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Naxçıvanla bağlı Bakıdan verilən qərar – Mühüm dəyişikliklər olacaq

22 Avqust, 26 / 21:53
A A

Prezident İlham Əliyevin Naxçıvana səfəri bir çox baxımdan diqqət çəkib və bir müddətdir ki, sosial şəbəkələrin Azərbaycan seqmentində, eləcə də həm yerli, həm də xarici mediada geniş müzakirə edilir. Xüsusi ilə son səfər çərçivəsində iqtisadiyyat, enerji, nəqliyyat, təhlükəsizlik, turizm və şəhərsalma ilə bağlı bir sıra mühüm layihələr diqqət mərkəzində oldu.

Ümumiyyətlə, Naxçıvanın Azərbaycanın bugünkü siyasi, iqtisadi və geostrateji xəritəsində əhəmiyyətinin artması heç kəsə sirr deyil. Ekspertlər isə qeyd edir ki, dəyişən regional şərtlər və yeni reallıqlar fonunda Naxçıvan ölkəmiz və bütövlükdə region üçün strateji əhəmiyyət kəsb edir.

Xüsusilə Zəngəzur dəhlizinin, yaxud TRIPP layihəsinin reallaşması Naxçıvanın regiondakı mövqeyinə ciddi təsir edəcək. Bu dəhlizin açılması Naxçıvan üçün yeni iqtisadi və nəqliyyat imkanları yarada bilər.

Ölkə rəhbərinin son müsahibəsində Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevrilə biləcəyini vurğulaması da diqqət çəkir.
Cagdas.az -a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, Naxçıvanın indiki şəraitdə geostrateji əhəmiyyəti əvvəlki illərdən çox artıb:

“Uzun illərdir blokadada olan ərazi nəhayət Azərbaycan Prezidenti İlham Əliyevin səyləri və qəti mövqeyi nəticəsində blokadadan çıxır. İkinci Qarabağ müharibəsindən sonra Naxçıvanın gələcəyi və Zəngəzur dəhlizi haqda Azərbaycanın tezisləri formalaşıb. Azərbaycan prezidentin apardığı siyasət nəticəsində Zəngəzur dəhlizi TRIPP adı ilə də olsa ərsəyə gəlməkdədir. Yaxın müddətdə isə istismarının şahidi olacağıq. Beləliklə, Naxçıvan təcriddən çıxacaq, Azərbaycanın əsas hissəsi ilə bağlantı yaranacaq. Bu, bizim üçün mühüm əhəmiyyətlidir.

Zəngəzur dəhlizi ümumilikdə region üçün də çox mühümdür. Xüsusi ilə qeyd etmək olar ki, Naxçıvandan Türkiyəyə çəkilən dəmir yolu Cənubi Qafqazın Orta Dəhlizin çox vacib hissəsidir.

Azərbaycan regional layihələrdə söz sahibidir və bu çox mühümdür. Azərbaycan Qazaxıstan, Gürcüstan, Türkiyə ilə bir sıra layihələr həyata keçirir. Bakı-Tbilisi-Qars və Qazaxıstan ilə əldə edilən yeni razılaşma regionun gələcəyi üçün çox vacibdir.


Fərid Şəfiyev

Orta Dəhliz günü gündən əhəmiyyəti artır və Azərbaycan Prezidentinin ardıcıl siyasəti, atdığı addımlar burada xüsusi əhəmiyyət kəsb edir”.

Deputat Səməd Seyidov isə deyib ki, cənab Prezidentin Naxçıvana səfəri özü-özlüyündə tarixi bir səfərdir:

“Artıq Naxçıvan sadəcə Azərbaycanın gözəl diyarı, möhkəm, alınmaz qalası, mərdliyin məkanı olması ilə yanaşı, həm də dünya əhəmiyyətli bir əraziyə çevrilir. Naxçıvan Asiyanı və Avropanı, Şərqi və Qərbi, Şimalı və Cənubu özündə birləşdirən geostrateji məkandır. Bu da heç də təsadüfi deyil. Bu, cənab Prezidentin ardıcıl apardığı siyasətin nəticəsidir.

44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycanın nəinki torpaqları işğaldan azad olundu, ölkəmiz bütövlükdə Cənubi Qafqazı yeni bir mərhələyə gətirdi. Bununla da ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan tamamilə başqa iqtisadi-siyasi çəkiyə malik olmağa başlayıb. TRIPP yolu haqqında danışarkən deyə bilərik ki, Naxçıvanın nə qədər əhəmiyyətli olduğu bir daha görünür. Təsadüfi deyil ki, ABŞ TRIPP yoluna Prezidentin adını verərək bu layihənin region üçün əhəmiyyətini elan edib.


Səməd Seyidov

Bu gün biz tamamilə yeni layihələri həyata keçiririk. Söhbət təkcə yolların çəkilməsindən getmir. Söhbət yeni Avropa üçün enerjinin nəql olunmasından, əlaqələrin qurulmasından gedir. Bütün bunların kökündə Cənubi Qafqazda daimi və möhkəm sülhün əməli şəkildə təmin edilməsi dayanır.

Mən heç də təsadüfi demədim ki, Naxçıvan Azərbaycanın alınmaz qalasıdır. Bunu sübut edən, bayrağın hərbi hissələrə təhvil verilməsi, Naxçıvanın gücünün artırılması, ümumiyyətlə, ordumuzun möhkəmlənməsi, dediyim iqtisadi-siyasi məsələlərə əsas yaradan ən vacib faktordur.

Heç kəsə sirr deyil ki, dünya dəyişib və beynəlxalq qanun demək olar ki, işləmir. Bu gün o ölkələr ki, öz güclü ordusuna malik deyil, özünü müdafiə etmək iqtidarında deyil, xalq ilə iqtidarın birliyini təşkil edə bilmir, ordusunu saxlaya bilmir, müstəqil olmağa layiq deyil. Bu gün ordumuzun güclü olması, xüsusilə Naxçıvan ordusunun güclü olması suverenliyimizin, iqtisadi-siyasi güclü layihələrin və perspektiv məsələlərin qarantıdır”\Globalinfo.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Türkiyədə “Süleymançılar” təriqəti ilə bağlı həbslər davam edir – Daha 12 nəfər saxlanıldı

Avqust 22, 2026
Cəmiyyət

Berlindən Rusiyaya qarşı 12 milyard avroluq həmlə: Almaniya uzaqmənzilli raket cəbbəxanası yaradır

Avqust 22, 2026
Cəmiyyət

Hörmüz ABŞ-dir və nöqtə ? – İranın dar boğazda gücünün SİRRİ

Avqust 22, 2026
Cəmiyyət

Britaniya səfirlərinin Gəncə sirri – Görəvdən əvvəl niyə o şəhər seçilir?

Avqust 22, 2026
Cəmiyyət

Ukraynadan 1626 azərbaycanlı ilə bağlı qərar

Avqust 22, 2026
Cəmiyyət

Bakıda tələbələr üçün kirayə evlər: Ən ucuz və ən bahalı ərazilər

Avqust 22, 2026

XƏBƏR LENTİ

Arıqlamaq üçün hansı prosedurlar həqiqətən effektlidir?

22 Avqust, 26 / 23:00

Türkiyədə “Süleymançılar” təriqəti ilə bağlı həbslər davam edir – Daha 12 nəfər saxlanıldı

22 Avqust, 26 / 22:43

Berlindən Rusiyaya qarşı 12 milyard avroluq həmlə: Almaniya uzaqmənzilli raket cəbbəxanası yaradır

22 Avqust, 26 / 22:22

Hörmüz ABŞ-dir və nöqtə ? – İranın dar boğazda gücünün SİRRİ

22 Avqust, 26 / 22:03

Naxçıvanla bağlı Bakıdan verilən qərar – Mühüm dəyişikliklər olacaq

22 Avqust, 26 / 21:53

Britaniya səfirlərinin Gəncə sirri – Görəvdən əvvəl niyə o şəhər seçilir?

22 Avqust, 26 / 21:33

Ukraynadan 1626 azərbaycanlı ilə bağlı qərar

22 Avqust, 26 / 21:13

Bakıda tələbələr üçün kirayə evlər: Ən ucuz və ən bahalı ərazilər

22 Avqust, 26 / 20:52

Müasir əmək bazarında necə iş tapmalı? – Mütəxəssislərdən məsləhətlər

22 Avqust, 26 / 20:31

Türkiyədə universitet oxumaq istəyənlər üçün: Qəbuldan təqaüdə qədər nələri bilmək lazımdır?

22 Avqust, 26 / 20:11
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.