Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Naxçıvanla birləşmə hədəfinə çox yaxınıq – İlham Əliyev

Cəmiyyət

Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü Azərbaycana məxsus olub.

Cagdas.az  xəbər verir ki,  bunu Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı verdiyi müsahibədə deyib.

Prezident qeyd edib ki, Azərbaycanın əsas hissəsi ilə ayrılmaz tərkib hissəsi olan Naxçıvanı birləşdirmək uzun illərdir qarşıya qoyulan əsas hədəflərdən biridir.

“Zəngəzur dəhlizinin yaradılması, bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub”, – deyə İlham Əliyev bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bu məqsədə doğru ardıcıl şəkildə irəliləyib və artıq hədəfin reallaşmasına çox yaxınlaşıb.

“Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq”, – Prezident əlavə edib.