Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Nazir sənədi imzalamaqdan imtina etdi – Ərdoğanın reaksiyası gündəm oldu

Cəmiyyət
İraqın Baş naziri Əli əl-Zeydinin Türkiyəyə rəsmi səfərinin yekununda, iki ölkə arasında sənədlərin imzalanması zamanı böhran yaşanıb.

Cagdas.az xəbər verir ki, iraqlı hökumət başçısı iyulun 28-də Ankaraya səfər edib.

O, Beştəpə iqamətgahında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Liderlər danışıqlardan sonra mətbuat konfransı keçiriblər. Tədbir zamanı Ankara və Bağdad arasında 5 sazişin imzalanması da nəzərdə tutulubmuş. Lakin liderlərə 4 sənəd təqdim olunub. R.T.Ərdoğan məsələdən dərhal duyuq düşüb. O, təccüblə deyib: “Axı beş anlaşma olmalı idi? Bir yanlışlıq olmasın”.

Bundan sonra Əli əl-Zeydi məsələyə müdaxilə edib. Bəlli olub ki, İraqın nəqliyyat naziri Vəhb Həsəni “İnkişaf yolu” layihəsi ilə bağlı sənədi imzalamaqdan boyun qaçırıb.

R.T.Ərdoğan da məsələni aydınlaşdırmaq üçün xarici işlər naziri Hakan Fidanı yanına çağırıb. Əli əl-Zeydi isə Vəhb Həsəniyə müqaviləni iştirakçıların qarşısında imzalamağı tapşırıb.

Baş nazirin göstərişindən sonra o, sənədi imzalayıb və mərasim davam edib.

İki ölkə liderinin mətbuat konfransı televiziyalar vasitəsilə canlı yayımlandığına görə, bu vəziyyət də kameralara düşüb.

Qeyd edək ki, İraqın yeni nəqliyyat naziri Həsəni İrana yaxınlığı ilə seçilən Şiə Koorrdinasiya Şurası və Bədr təşkilatının üzvüdür.(ölkə.az)