Son dəqiqə
ADY hava ilə bağlı sərnişinlərə çağırış etdi XİN-dən Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım – FOTO Bank kartlarına tətbiq edilən yeni qaydaların mahiyyəti açıqlandı Sertifikatlaşmadan keçməyən müəllimlər köməkçi təyin edilsin! – TƏKLİF İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb Yağıntılı hava nə vaxtadək davam edəcək? Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər – Səbəb Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?
Reklam
Reklam

Nazirlər Kabineti İranla bağlı qadağanı ləğv etdi

İqtisadiyyat

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) bu gün saat 10:00-dan etibarən bərpa olunub.

Bu barədə Çağdaş.Az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılmışdı. Buna səbəb kimi 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar göstərilib. Bildirilib ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılması barədə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib.