Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Nazirlik 20 mindən artıq sahibkara lisenziya verib

Cəmiyyət

Bu ilin yanvar-iyul aylarımnda İqtisadiyyat Nazirliyi sahibkarlara 1 191 lisenziya, ümumilikdə isə 20 220 lisenziya verib.

Cagdas.az nazirliyə istinadən xəbər verir ki, 7 ay ərzində sahibkarlara verilən lisenziyaların 807-si elektron formada təqdim olunub.

“Lisenziyalar və icazələr” portalının fəaliyyətə başladığı 2018-ci ilin mart ayından etibarən isə təqdim olunan elektron lisenziyaların sayı 7 963-ə çatıb.

Verilmiş lisenziyaların 25 %-i (298) tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, 18 %-i (214) əczaçılıq, 12 %-i (148) özəl tibb fəaliyyəti, 11 %-i (129) rabitə xidmətləri və 34 %-ni isə (402) digər fəaliyyət növləri təşkil edib.

Lisenziya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilən rəsmi sənəddir. Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən olunub. Hazırda nazirlik 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) verir.

Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq “ASAN xidmət” mərkəzi, KOB evləri və ya “Lisenziyalar və icazələr” portalı vasitəsilə portalı vasitəsilə nazirliyə elektron formada müraciət edə bilərlər. Hazırda portal vasitəsilə müraciətlərin elektron qaydada qəbul edilməsi, aidiyyəti dövlət qurumlarından rəylərin əldə olunması və nəticələrin rəsmiləşdirilməsi imkanları yaradılıb.

Lisenziya verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarından rəy alınır. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğu yerində qiymətləndirilir, aidiyyəti dövlət orqanının rəyinə əsasən qərar qəbul edilir.

Təqdim edilən sənədlər qaydasında olduqda lisenziya 10 iş günündən gec olmayaraq təqdim edilir. Lisenziya verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 % güzəşt edilir.(modern.az)