Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Nəhəng asteroid Yerə doğru yaxınlaşır

Cəmiyyət
Gələn həftənin bazar ertəsi, avqustun 10-da Ümumdünya vaxtı ilə saat 00:20-də “2019 NY2” asteroidi Yerin yaxınlığından keçəcək. Yerə Yaxın Obyektlərin Öyrənilməsi Mərkəzinin hesablamalarına görə, bu səma cisminin diametri 330 metrə çata bilər.

Cagdas.az  xəbər verir ki, bu barədə “RMF24” nəşri yazıb.

Obyekt rəsmi olaraq potensial təhlükəli asteroid (PHA) kimi təsnif edilsə də, mütəxəssislər narahatlığa əsas olmadığını bildirirlər. Planetimizlə real toqquşma təhlükəsi yoxdur. Asteroidlər orbitləri Yerə 7,5 milyon kilometrdən daha yaxın məsafədən keçdikdə bu statusu alırlar. Bu dəfə “2019 NY2” Yer kürəsindən təxminən 2,5 milyon kilometr aralıdan keçəcək ki, bu da Yerlə Ay arasındakı orta məsafədən təqribən 6,5 dəfə çoxdur.

Buna baxmayaraq, sözügedən yaxınlaşma obyektin son 150 il ərzində Yerə ən yaxın keçidi olacaq. “2019 NY2” asteroidi Apollon qrupuna aiddir və onun orbital dövrü təxminən 2,3 il təşkil edir.

Bu yaxınlaşmanın NASA-nın ən böyük antenalarının köməyi ilə asteroidin detallı radiolokasiya skanının aparılması üçün unikal imkan yaradacağı gözlənilsə də, texniki məhdudiyyətlər səbəbindən müşahidələr ləğv edilib.(Oxu.az)