Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Nevroloq Dr. Jalə Qarayeva: Türkiyədə ixtisaslaşıb, epilepsiya üzrə də fəaliyyət göstərib

Cəmiyyət

Nevroloq və EEQ üzrə mütəxəssis Dr. Jalə Qarayeva uzun illərdir nevrologiya sahəsində fəaliyyət göstərir.

Dr. Jalə Qarayeva 2001-ci ildə yüksək balla Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub və 2007-ci ildə universiteti bitirib. O, indiyədək bir sıra özəl və dövlət tibb müəssisələrində çalışıb, həmçinin 5 il Azərbaycan Müdafiə Nazirliyinin MHP-də fəaliyyət göstərib.

Nevropatoloq Türkiyənin Ankara şəhərində yerləşən Gazi Xəstəxanasının Nevrologiya kafedrasında ixtisaslaşıb və burada uzun müddət çalışıb. O, həmçinin Türkiyənin ən böyük epilepsiya mərkəzlərindən birində fəaliyyət göstərib.

Dr. Jalə Qarayeva Azərbaycanda və xaricdə keçirilən çoxsaylı kurs, seminar və konfranslarda iştirak edib, müxtəlif sertifikatlar əldə edib. Onun tibbi məqalələri dünyanın aparıcı elmi jurnallarında dərc olunub.

Həkim Türkiyə və digər Avropa ölkələrində təşkil olunan nevroloji seminar və simpoziumlarda Azərbaycanı təmsil edib. Peşəkar fəaliyyəti və əldə etdiyi nəticələr dünya şöhrətli nevroloqlar tərəfindən maraqla qarşılanıb və o, müxtəlif diplomlarla təltif edilib.

İxtisaslaşmış nevroloq və EEQ mütəxəssisi kimi Dr. Jalə Qarayeva hazırda da nevrologiya sahəsində fəaliyyətini davam etdirir.