Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Nikol Paşinyan Azərbaycanı təbrik etdi

Cəmiyyət

“Ermənistan və Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub və bu sülh artıq insanların gündəlik həyatlarında hiss olunur”.

Cagdas.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Əlbəttə, istənilən sülhün əldə edilməsi asan deyil. Bizim sülhümüzün əldə olunması da asan olmadı. Amma istənilən sülhü dağıtmaq və heçə endirmək son dərəcə asandır. Bunu çox qısa müddətdə etmək mümkündür. Və sual budur: belə bir vəziyyətdə 35 ildən sonra yenidən sülh yaratmaq mümkün olacaqmı?

Bu gün (Ermənistanda) bir çoxları – bəziləri məqsədyönlü, bəziləri isə bilmədən sülhü dağıtmaq məntiqi ilə hərəkət edir. Bu fəaliyyət bəzən xoş səslənən və ya “vətənpərvərlik” pərdəsi arxasında gizlənir”, – Baş nazir bildirib.

Paşinyan qeyd edib ki, sülhü dönməz etmək üçün “Qarabağ ermənilərinin geri qayıtması” kimi mövzuları davam etdirməmək zəruridir:

“Bu, həll edilməli olan məsələdir – gələcək nəsillərimizin dinc yanaşı yaşamaq hüququ naminə. Bu gün reallaşdırmalı və müdafiə etməli olduğumuz hüquq məhz budur. Biz buna zidd olan istənilən ritorikanın öhdəsindən gəlməyi bacarmalıyıq.

Prezident Trampa bu sülhün əldə olunmasına verdiyi əvəzsiz səylərə görə təşəkkür edirəm.

Ermənistan xalqını 8 avqust münasibətilə təbrik edirəm.

Azərbaycan xalqını 8 avqust münasibətilə təbrik edirəm”./teleqraf