Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

“Nizami”-“28 May” ekspres avtobuslarında kimlər pulsuz gedəcək? – RƏSMİ CAVAB

Cəmiyyət

Avqustun 15-dən “Nizami” və “28 May” stansiyaları arasında fəaliyyət göstərəcək ekspres avtobuslarda həssas əhali qrupları üçün güzəştlərin tətbiq edilib-edilməyəcəyi maraq doğurur.

Cagdas.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu məsələ qurumun səlahiyyətlərinə aid deyil.

Qeyd olunub ki, şəhərdaxili marşrutlarda sərnişindaşıma ilə bağlı güzəştlər Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin məlumatına görə, Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsi ilə əlaqədar avqustun 15-dən “Dərnəgül” istiqamətindən gələn qatarlar yalnız “Nizami” stansiyasına qədər hərəkət edəcək.

Sərnişinlərin daşınmasının fasiləsiz təmin olunması məqsədilə “Nizami” və “28 May” stansiyaları arasında 6 ekspres avtobus xəttə buraxılacaq. “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə, avtobuslar 2 dəqiqə 30 saniyə intervalla fəaliyyət göstərəcək və bu marşrut üzrə gediş ödənişli olacaq.

Bununla yanaşı, ekspres avtobuslarda həssas əhali qrupları üçün ayrıca güzəşt mexanizminin tətbiqi ilə bağlı hələlik hər hansı rəsmi qərar açıqlanmayıb. AYNA-nın bildirdiyinə görə, bu məsələ şəhərdaxili sərnişindaşıma sahəsində qüvvədə olan Nazirlər Kabinetinin qərarları əsasında tənzimlənir.

Qeyd edək ki, məsələ ilə bağlı Nazirlər Kabinetinə də sorğu göndərmişik. Güzəştlərin tətbiqi ilə bağlı rəsmi mövqe açıqlanacağı təqdirdə əlavə məlumat veriləcək.(sfera.az)