Son dəqiqə
Reklam
Reklam

Okeanlar “alışıb yanır”: Alimlərdən sərt XƏBƏRDARLIQ

Cəmiyyət

Müxtəlif ölkələrə aid olan 100-dən çox alimin imzası ilə hazırlanan “Kopernik Okeanların Vəziyyəti” hesabatında dəniz suyu ilə bağlı narahatverici xəbərdarlıq edilib.

Hesabatda qeyd olunur ki, dəniz suyunun temperaturu son 20 ildə iki dəfə artıb, 2023, 2024 və 2026-cı illərdə isə rekord səviyyələrə çatıb.

Cagdas.az xəbər verir ki, hesabata görə, ötən il okeanlar 23 zettacoul istilik udaraq ardıcıl doqquzuncu dəfə rekord göstəriciyə çatıb.

Temperaturun yüksəlməsi okean sularının dəniz səviyyəsini ildə orta hesabla 3,8 millimetr yüksəldib ki, bu da sahilyanı ərazilərdə yaşayan yüz milyonlarla insan üçün ciddi təhlükə yaradır.

Bundan əlavə, okeanların atmosferdəki karbon çirklənməsini udması nəticəsində 1985-ci ildən bəri suların turşuluğunun 17 faiz artdığı bildirilib. Aralıq dənizi və Qara dəniz də rekord səviyyədə dəniz istilik dalğaları ilə üzləşən bölgələr sırasında göstərilib.

Alimlər qlobal iqlim böhranının səbəb olduğu bu köklü dəyişikliklərə qarşı hökumətlərin və icmaların təcili şəkildə hazırlıq görməsinin vacibliyini vurğulayıblar.\sfera.az\