• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9566
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ölü heyvan və insan sümüyündən hazırlanan diş implantları – Yeni sahibinin şəxsiyyətini dəyişə bilərmi?

04 Avqust, 26 / 22:23
A A

Ölmüş bir insanın və ya heyvanın sümüyündən hazırlanan diş implantları əvvəlki orqanizmin DNT-sini, xarakter və xəstəliklər “siyahı”sını yeni sahibinə ötürə bilərmi? Son zamanlar bu cür ürküdücü iddialar implant diş qoydurmağa hazırlaşan insanlarda tərəddüd yaradır və bu mövzu nəinki pasiyentləri, bəzən stomatoloqları da narahat edir.

Bəs bu xalq arasında yayılmış mifdir, yoxsa elmi əsası var?
Cagdas.az bildirir ki, mövzu ilə ilə əlaqədar stomatoloq Namiq Səfərov Bizim.Media-ya verdiyi məlumata görə, istər insandan alınmış alloqreft, istərsə də heyvan mənşəli ksenoqreft adlanan sümük donorları ciddi şəkildə emal edilir və sterilizasiya olunur.

“Elm əvvəlki DNT-nin yeni sahibinə sümük vasitəsilə ötürülməsini təsdiqləmir. Bununla bağlı etibarlı mənbələr yoxdur, olsa-olsa filmlərə, əsərlərə əsaslanan narahatlıqlardır. Ümumiyyətlə sümüklə donorun genetik xüsusiyyətlərinin xəstəyə keçməsi, irsi xüsusiyyətlərin dəyişməsi mümkün deyil.

Bu materiallar istifadə edilməzdən əvvəl emal olunub canlı hüceyrələr çıxarılır ki, infeksiya riski minimuma endirilsin. Zaman keçdikcə sümük təməlinin ətrafında xəstənin öz hüceyrələri formalaşır, başqa cür desək, onu özününküləşdirir. Burada əsas risklər irsi məlumat ötürülməsi deyil,  infeksiya təhlükəsi və implantın sümüklə kifayət qədər birləşməməsidir”.

Həkim diqqətə çatdırdı ki, əgər pasiyentdə titana qarşı allergiya varsa və istənilən halda heyvan və insan mənşəli sümük implantı qoydurmağa tərəddüd edirsə, bunun da çarəsi var.

Belə ki, zirkon əsaslı implantlar mövcuddur ki, bunlar metalsız keramikadır. Bundan əlavə sintetik sümük əvəzediciləri də təklif olunur.

Maraqlıdır ki, film və seriallarda tez-tez göstərilən “orqan yaddaşı” səhnələri insanların diqqətini çəkir. Məsələn, ürək köçürülən şəxsin donorun zövqlərini, xarakterini və ya xatirələrini qazandığı təsvir edilir. Dramatik süjet üçün çox maraqlıdır, amma tibb bunu da təsdiqləmir. Çünki xatirələr və şəxsiyyət xüsusiyyətləri beyin hüceyrələrində saxlanılır. Ürək, böyrək və ya sümük bu məlumatları daşıyan orqanlar hesab edilmir.

Bəzi transplantasiya olunmuş insanların özlərində xarakter və ya davranış dəyişikliyi hiss etməsi isə əvvəlki orqan sahiblərinin DNT-sinə əsaslanmır. Bu daha çox psixika ilə bağlıdır. Ağır xəstəlikdən sonra insanın həyata baxışı dəyişir, ona verilən “ikinci şansı” daha ciddi dəyərləndirməyə çalışır. Bundan başqa, sonrakı bərpa müddətində istifadə olunan dərmanların da əhval və davranışa təsiri qaçılmazdır.

Bənzər Xəbərlər

Cəmiyyət

Ceki Çan Bakıya niyə gəlib?

Avqust 4, 2026
Cəmiyyət

Bu tarixdə Avropa qaranlığa qərq olacaq

Avqust 4, 2026
Cəmiyyət

8 gün iş OLMAYACAQ —TƏQVİM

Avqust 4, 2026
Cəmiyyət

Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb – VİDEO

Avqust 4, 2026
Cəmiyyət

ATƏT sədri: Azərbaycan və Ermənistan arasında yekun sülh vacibdir

Avqust 4, 2026
Cəmiyyət

ATƏT məkanında qeyri-sabitlik hökm sürür – NAZİR

Avqust 4, 2026

XƏBƏR LENTİ

Ceki Çan Bakıya niyə gəlib?

04 Avqust, 26 / 23:17

Evlilikdən uzaq duran 3 bürc

04 Avqust, 26 / 23:04

Bu tarixdə Avropa qaranlığa qərq olacaq

04 Avqust, 26 / 22:50

8 gün iş OLMAYACAQ —TƏQVİM

04 Avqust, 26 / 22:36

Ölü heyvan və insan sümüyündən hazırlanan diş implantları – Yeni sahibinin şəxsiyyətini dəyişə bilərmi?

04 Avqust, 26 / 22:23

Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb – VİDEO

04 Avqust, 26 / 22:11

İsveç hər il milyonlarla ton tullantını idxal edərək enerjiyə çevirir

04 Avqust, 26 / 21:57

Tibb dünyasında inqilab: Həkimlər bunu ilk dəfə etdi – Körpə ana bətnində əməliyyat olundu – VİDEO

04 Avqust, 26 / 21:44

ATƏT sədri: Azərbaycan və Ermənistan arasında yekun sülh vacibdir

04 Avqust, 26 / 21:31

ATƏT məkanında qeyri-sabitlik hökm sürür – NAZİR

04 Avqust, 26 / 21:19
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.