Son dəqiqə
Zinəddin Zidan 20 ildən sonra Marko Materatsi hadisəsi barədə danışdı Oktyabrın 3-də havanın temperaturu kəskin dəyişəcək UEFA Türkiyə futbolunda baş verənlərə görə hərəkətə keçdi: müşahidəçi göndəriləcək Prezidentdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib Van’da tarixi əməliyyat: Qızılı işləməli qədim Tövrat ələ keçirildi Qanunsuz tikiliyə görə sahibini hansı cəza gözləyir? – Vəkil AÇIQLAMA SON DƏQİQƏ! Vasif Talıbov YAP-dan çıxarılır Dünya Bankından Zəngəzur MÜJDƏSİ Məktəbdə 14 şagirdin zəhərlənməsinin SƏBƏBİ BİLİNDİ
Reklam
Reklam

Ombudsman aparatında yoxlama – 12 min manat maaş məsələsi gündəmdə

Cəmiyyət

Hesablama Palatası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) aparatının və regional mərkəzlərinin dövlət vəsaitindən və digər dövlət əmlakının istifadə etməsi ilə bağlı yoxlamalar aparıb.

Bu barədə Palatadan bildirilib.

Məlumata görə, bu barədə qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş geniş tərkibdə Kollegiya iclasında məlumat verilib.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə Ombudsmanın zəruri tədbirlər görməsinə dair qərarlar qəbul olunub.

Xatırladaq ki, hazırda İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevadır. O, Palatanın tabeliyində olduğu Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşıdır. Ötən gün parlament İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib (əvvəl 3 060 manat təşkil edirdi).\modern.az\