Son dəqiqə
Dollar niyə bahalaşır? Paşinyan Avrasiya İttifaqının tədbirinə getmədi – onlayn qatıldı Zinəddin Zidan 20 ildən sonra Marko Materatsi hadisəsi barədə danışdı Oktyabrın 3-də havanın temperaturu kəskin dəyişəcək UEFA Türkiyə futbolunda baş verənlərə görə hərəkətə keçdi: müşahidəçi göndəriləcək Prezidentdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib Van’da tarixi əməliyyat: Qızılı işləməli qədim Tövrat ələ keçirildi Qanunsuz tikiliyə görə sahibini hansı cəza gözləyir? – Vəkil AÇIQLAMA SON DƏQİQƏ! Vasif Talıbov YAP-dan çıxarılır
Reklam
Reklam

Van’da tarixi əməliyyat: Qızılı işləməli qədim Tövrat ələ keçirildi

Dünya

Türkiyənin Van şəhərində keçirilən tarixi əsərlərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat zamanı üzəri qızıl işləmələrlə bəzədilmiş, üzərində şamdan, Davud ulduzu simvolları və ivritcə yazılar olan qədim Tövrat ələ keçirilib.

Çağdaş.Az xəbər verir ki, Van Valiliyindən verilən məlumata görə, İl Jandarma Komandanlığının Qaçaqmalçılıqla Mübarizə və Kəşfiyyat (KOM) Şöbəsi, eləcə də İpekyolu Rayon Jandarma Komandanlığı tərəfindən tarixi əsərlərin qanunsuz satışı ilə bağlı araşdırma aparılıb.

Araşdırmalar nəticəsində əldə etdiyi tarixi əsəri satmağa çalışdığı müəyyən edilən M.D. (53 yaş) adlı şübhəli şəxsə qarşı İpekyolu rayonunda əməliyyat keçirilib.

Əməliyyat zamanı uzunluğu 310 santimetr olan dəri üzərində hazırlanmış, üzərində şamdan, Davud ulduzu simvolları və ivrit dilində yazılar olan, tamamilə qızılı işləmələrlə bəzədilmiş Tövrat olduğu ehtimal edilən tarixi əsər aşkarlanıb.

Şübhəli şəxs saxlanılıb və onun barəsində hüquqi prosedurlara başlanılıb.

Van Valiliyi açıqlamasında təhlükəsizlik qüvvələrinin tarixi əsərlərin qaçaqmalçılığı ilə mübarizə tədbirlərini qətiyyətlə davam etdirdiyini bildirib.