Son dəqiqə
Dollar niyə bahalaşır? Paşinyan Avrasiya İttifaqının tədbirinə getmədi – onlayn qatıldı Zinəddin Zidan 20 ildən sonra Marko Materatsi hadisəsi barədə danışdı Oktyabrın 3-də havanın temperaturu kəskin dəyişəcək UEFA Türkiyə futbolunda baş verənlərə görə hərəkətə keçdi: müşahidəçi göndəriləcək Prezidentdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib Van’da tarixi əməliyyat: Qızılı işləməli qədim Tövrat ələ keçirildi Qanunsuz tikiliyə görə sahibini hansı cəza gözləyir? – Vəkil AÇIQLAMA SON DƏQİQƏ! Vasif Talıbov YAP-dan çıxarılır
Reklam
Reklam

Qanunsuz tikiliyə görə sahibini hansı cəza gözləyir? – Vəkil AÇIQLAMA

Cəmiyyət

Azərbaycanda torpaq sahəsində qanunvericiliyin tələblərinə əməl edilmədən tikinti aparılması və tikinti işlərinin dövlət orqanlarının tələblərinə baxmayaraq davam etdirilməsi ciddi hüquqi nəticələrə səbəb ola bilər. Xüsusilə tikinti üçün hüquqi əsasın olmaması, lazımi icazələrin alınmaması, şəhərsalma və tikinti normalarının pozulması və dövlət orqanının tikintinin dayandırılması barədə qərarının icra edilməməsi hallarında şəxsin həm inzibati, həm mülki, həm də konkret hallardan asılı olaraq cinayət məsuliyyəti ilə üzləşməsi mümkündür.

Vəkil Elcan Həsənli Cagdas.az -a açıqlamasında bildirib ki, ilk növbədə özbaşına tikinti anlayışını düzgün müəyyənləşdirmək lazımdır. Onun sözlərinə görə, bir şəxsin torpaq sahəsi üzərində hüquqi əsasının olmaması və həmin ərazidə tikinti aparmağa başlaması hüquqi baxımdan ciddi problem yaradır.

“İlk növbədə özbaşına tikintinin mahiyyətinə baxmaq lazımdır. Əgər şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət və ya qanunla tanınan digər hüququ yoxdursa və o, həmin ərazidə tikinti işlərinə başlayırsa, bu, ciddi hüquqi risk yaradır. Eyni zamanda tikintinin aparılması üçün tələb olunan icazələrin olub-olmaması, tikintinin hansı ərazidə və hansı məqsədlə həyata keçirilməsi də ayrıca araşdırılmalıdır”, – deyə vəkil bildirib.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normaları və qaydaları ciddi şəkildə pozulmaqla inşa edilmiş yaşayış evi, digər tikili və qurğu özbaşına tikinti hesab edilir. Belə tikintini aparan şəxs avtomatik olaraq həmin tikiliyə mülkiyyət hüququ əldə etmir və tikili üzərində sərəncam vermək imkanına malik olmur.\oxu24.com\