Son dəqiqə
Reklam
Reklam

UEFA Türkiyə futbolunda baş verənlərə görə hərəkətə keçdi: müşahidəçi göndəriləcək

İdman

Türkiyə futbolunda son dövrlərdə baş verən mərc araşdırmaları və hakimlərlə bağlı istintaq UEFA-nın diqqətini cəlb edib.

Çağdaş.Az Haber Global-a istinadən xəbər verir ki, UEFA, Türkiyə Futbol Federasiyasında (TFF) aparılan araşdırmalar çərçivəsində ortaya çıxan sənədlər və 448 klub rəhbərinin mərc oynadığı iddiası ilə Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərilməsindən sonra vəziyyəti yaxından izləməyə başlayıb.

Türkiyə mətbuatında yayılan xəbərlərə görə, Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu və Super Liqa hakimi Yasin Kol daxil olmaqla bir sıra şəxslərin saxlanılması, eləcə də müxtəlif liqalardan 448 klub rəhbərinin mərc iddiaları səbəbilə PFDK-ya göndərilməsi UEFA-da narahatlıq yaradıb.

Məlumata görə, UEFA rəsmiləri “Türkiyədə nə baş verir?” sualına cavab tapmaq üçün TFF-yə müşahidəçi göndərmək üçün hazırlıqlara başlayıb.

Araşdırma çərçivəsində MHK sədri Fərhad Gündoğdunun yazışmalarında bəzi hakimlərə üstünlük verilməsi və hakim təyinatlarına müdaxilə ilə bağlı iddiaların yer aldığı bildirilir.

İddialara görə, yazışmalarda TFF rəhbərliyi və Türkiyə Fəal Futbol Hakimləri və Müşahidəçiləri Dərnəyinə göstərilən dəstəklər müqabilində bəzi hakimlərlə bağlı xüsusi yanaşmaların olduğu barədə məlumatlar ortaya çıxıb.

Həmçinin hakim Yasin Kol ilə mesajlaşmaların araşdırılması zamanı hakim təyinatlarına təsir göstərilməsi ilə bağlı iddiaların araşdırıldığı qeyd olunur.

Araşdırma çərçivəsində şahid qismində ifadə verən keçmiş hakim Dəniz Atəş Bitnel də açıqlamalarında MHK-nın hakim təyinatları sahəsində əvvəlki səlahiyyətlərini itirdiyini iddia edib.

Bitnel liqaların dayandırılması ehtimalından danışaraq, araşdırma çərçivəsində yeni həbslərin də ola biləcəyini bildirib.

Türkiyə futbolunda davam edən bu proseslərin UEFA tərəfindən necə qiymətləndiriləcəyi və mümkün addımların nə olacağı maraqla gözlənilir.