• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.8° Weather Columbus
$
1.7
€
1.9765
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ombudsman: Erməniəsilli məhbuslarla bağlı iddialar əsassızdır

05 Sentyabr, 26 / 11:26
A A

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) sentyabrın 4-də Ermənistanda keçirilmiş mətbuat konfransında törətmiş olduqları cinayətlərə görə məhkum olunmuş erməniəsilli şəxslərin Azərbaycanda dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, onların üzərində işgəncə törədilməsi, xristian dini simvollarının məhv edilməsi, “İncil”dən istifadəyə imkan verilməməsi və “Quran” oxumağa məcbur edilməsi barədə səsləndirilmiş iddiaları əsassız və qərəzli hesab edir və aparılan sülh danışıqlarının pozulmasına yönəlik bir cəhd kimi qiymətləndirir”.

Cagdas .az xəbər verir ki, bu barədə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistan hüquq müdafiəçisinin səsləndirdiyi iddialara cavab olaraq bildirib.

Qeyd olunub ki, heç bir etibarlı sübut təqdim edilmədən belə ağır ittihamların fakt kimi ictimaiyyətə təqdim olunması insan hüquqlarının müdafiəsi prinsipləri ilə bir araya sığmır:

“Xüsusilə, ayrı-ayrı şəxslərlə bağlı məsələlərin dini mənsubiyyətlə əlaqələndirilməsi və xristian-müsəlman qarşıdurması müstəvisinə keçirilməsi cəhdləri yolverilməzdir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dünyəvi dövlətdir. Ölkədə müxtəlif dini konfessiyalara mənsub şəxslərin hüquq və azadlıqlarının təmin olunmasına bərabər yanaşılır, onların dini etiqad azadlığına hörmət edilir. Məhkəmə tərəfindən müəyyən edilmiş cinayət məsuliyyətini şəxslərin etnik mənsubiyyəti ilə əlaqələndirmək və həmin şəxslərin törətdikləri əməllərə görə qanuni əsaslarla çəkdikləri cəzanı “etnik və ya dini təqib” kimi təqdim etmək yolverilməzdir. Cinayət məsuliyyəti şəxsin hansı etnik mənsubiyyətə və ya dini etiqada malik olması ilə deyil, törədilmiş əməlin xarakteri, həmin əməl üzrə toplanmış sübutlar və məhkəmənin hüquqi qiymətləndirməsi ilə müəyyən olunur.

Ombudsmanın Milli Preventiv Qrupunun müxtəlif vaxtlarda həyata keçirdiyi monitorinq və başçəkmələr zamanı Azərbaycan ərazisində saxlanılan erməniəsilli şəxslərlə konfidensial görüşlər keçirilmiş, tibbi və psixoloji vəziyyətləri qiymətləndirilmiş, beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqları onlara öz ana dillərində izah edilmişdir. Həyata keçirilmiş monitorinqlər zamanı həmin şəxslərin hüquq və azadlıqlarının beynəxalq standartlara uyğun səviyyədə, ayrı-seçkiliyə yol verilmədən təmin edildiyi, tibbi yardım və digər zəruri xidmətlərə çıxışlarının olduğu müəyyən edilmişdir. Bu baxımdan, Ombudsman insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti siyasi məqsədlərə xidmət edən bəyanatlardan və qarşıdurma ritorikasından fərqləndirməyin zəruriliyini xüsusi vurğulayır. Yoxlanılmış faktlara əsaslanmadan “işgəncə”, “dini təqib” və dini mənsubiyyətə görə ayrı-seçkilik kimi ağır ittihamların irəli sürülməsi ictimai rəyi yanıltmağa, sülh danışıqlarını pozmağa və dini zəmində qarşıdurma yaratmağa xidmət edir”.

Bildirilib ki, bu cür məsuliyyətsiz yanaşmalar Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi fonunda xüsusilə narahatedicidir:

“Davamlı sülh yalnız siyasi və hüquqi razılaşmalarla deyil, eyni zamanda cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsi, dözümsüzlük və nifrət ritorikasından çəkinilməsi ilə mümkündür. Təsdiqlənməmiş məlumatların dini zəmində təqdim edilməsi cəmiyyətlər arasında etimadsızlığı dərinləşdirir və sülh və barışıq üçün zəruri olan mühitə zərər vurur.
İnsan hüquqlarının müdafiəsi siyasi məqsədlər naminə faktların təhrif edilməsini və dini mənsubiyyət üzərindən düşmən obrazının yaradılmasını qəbul etmir. Bu sahədə fəaliyyət göstərən şəxslər öz açıqlamalarında məsuliyyətli olmalı, obyektiv və yoxlanılmış faktlara əsaslanmalı, sülhə və qarşılıqlı etimada xələl gətirə biləcək ritorikadan çəkinməlidirlər”.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq

Sentyabr 5, 2026
Cəmiyyət

Azərbaycan-Ermənistan sülhündə yeni mərhələ: Partiyalar görüşə bilər

Sentyabr 5, 2026
Cəmiyyət

Azərbaycanda yeni universitetin yaradılması təklif olunur

Sentyabr 5, 2026
Cəmiyyət

2027-ci ilin qəbul imtahanları ilə bağlı xəbərdarlıq

Sentyabr 5, 2026
Cəmiyyət

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək

Sentyabr 5, 2026
Cəmiyyət

Keçmiş silahdaşından Saakaşviliyə təzyiq: “Həbsxanada məni söyür”

Sentyabr 5, 2026

XƏBƏR LENTİ

ABŞ Türkiyəyə sanksiya tətbiq etdi – Nə baş verir?

05 Sentyabr, 26 / 12:02

Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq

05 Sentyabr, 26 / 11:43

Ombudsman: Erməniəsilli məhbuslarla bağlı iddialar əsassızdır

05 Sentyabr, 26 / 11:26

Azərbaycan-Ermənistan sülhündə yeni mərhələ: Partiyalar görüşə bilər

05 Sentyabr, 26 / 11:07

Azərbaycanda yeni universitetin yaradılması təklif olunur

05 Sentyabr, 26 / 10:45

2027-ci ilin qəbul imtahanları ilə bağlı xəbərdarlıq

05 Sentyabr, 26 / 10:24

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək

05 Sentyabr, 26 / 10:05

Keçmiş silahdaşından Saakaşviliyə təzyiq: “Həbsxanada məni söyür”

05 Sentyabr, 26 / 9:44

Ermənistan prezidenti: “44 günlük müharibədə 4800 nəfər itirdik”

05 Sentyabr, 26 / 9:23

Azərbaycan rəsmiləri İstanbulda…

05 Sentyabr, 26 / 9:00
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.