• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.3° Weather Columbus
$
1.7
€
1.941
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ömürlük əlil gənclər niyə hərbi komissiyaya çağırılır? – Açıqlandı

21 İyul, 26 / 14:47
A A

Hərbi xidmətə yararlılığın müəyyənləşdirilməsi məqsədilə keçirilən tibbi müayinələr bəzən vətəndaşların narazılığına səbəb olur. Xüsusilə müddətsiz əlilliyi və ağır sağlamlıq diaqnozu olan şəxslərin təkrar-təkrar komissiyalara çağırılması həm ailələr üçün əlavə çətinlik yaradır, həm də mövcud prosedurların tətbiqi ilə bağlı suallar doğurur. Belə hallardan biri də Bakı sakini Ağakərim Abdullayevin ailəsinin üzləşdiyi vəziyyətdir.

A.Abdullayevin atası deyib ki, oğlunun şəxsi telefonu olmadığından çağırışla bağlı bildirişlər onun nömrəsinə göndərilir.

Sitat: “Dəfələrlə izah etmişəm ki, övladım ikinci qrup müddətsiz əlildir. Buna baxmayaraq, bizi bir komissiyadan digərinə göndərirlər. Keçən il də müayinədən keçdik, psixiatr rəy verdi. Ancaq yenidən çağırışlar başlayıb. İndi onu qan analizinə göndərirlər. Həkimlərdən qorxduğu üçün damarından qan götürmək, demək olar, mümkün deyil”.

Müddətsiz əlilliyi olan şəxsin komissiyaya çağırılma səbəbi nədir?

Cagdas.az  xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, mövcud qanunvericilik müddətsiz (ömürlük) əlilliyi olan şəxslərin də zərurət yarandıqda təkrar tibbi müayinəyə və ya tibbi komissiyaya cəlb olunmasına imkan verir:

“Buna görə də belə şəxslərin zaman-zaman tibbi komissiyaya çağırılması qanunvericiliyin tələblərinə zidd deyil. Müddətsiz əlilliyi olan şəxslər komissiyaya çağırıla bilər”.

Ekspertin sözlərinə görə, vətəndaş bu prosedurun qanunsuz həyata keçirildiyini və ya hüquqlarının pozulduğunu hesab edirsə, məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.

Qeyd edək ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi 2006-cı il təvəllüdlü Ağakərim Abdullayevin 29 oktyabr 2025-ci ildə yekun tibbi müayinədən keçirildiyini açıqlayıb.

Qurumun məlumatına görə, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq, psixi xəstəliklərlə bağlı qərar verilərkən ixtisaslaşmış səhiyyə müəssisələrinin təqdim etdiyi arayış və tibbi çıxarışlar əsas götürülür.

Vətəndaşla bağlı təqdim edilən sağlamlıq vəziyyətinin müayinə aktında yalnız “mülayim kəkələmə” və “nevrotik reaksiyalar” diaqnozlarının qeyd olunduğu bildirilib. Bu səbəbdən onun ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə edilməsi və diaqnozunun dəqiqləşdirilməsi məqsədilə altı ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab olunması barədə qərar qəbul edilib.

Bənzər Xəbərlər

Cəmiyyət

İctimai nəqliyyatın bitməyən kondisioner problemi

İyul 21, 2026
Cəmiyyət

Azərbaycanda taxıl sahələrinin 86 %-də biçin yekunlaşıb

İyul 21, 2026
Cəmiyyət

Ümrəyə getmək istəyənlərin DİQQƏTİNƏ! Qaydalar dəyişdi

İyul 21, 2026
Cəmiyyət

Yeni Qanun qüvvəyə mindi: Azərbaycanda bu qadağan olundu

İyul 21, 2026
Cəmiyyət

Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? — Hüquqşünas DETALLARI AÇIQLADI

İyul 21, 2026
Cəmiyyət

MİDA adı ilə 240 min manatlıq dələduzluq edənlərə hökm oxundu

İyul 21, 2026

XƏBƏR LENTİ

İctimai nəqliyyatın bitməyən kondisioner problemi

21 İyul, 26 / 19:07

Azərbaycanda taxıl sahələrinin 86 %-də biçin yekunlaşıb

21 İyul, 26 / 18:53

Ümrəyə getmək istəyənlərin DİQQƏTİNƏ! Qaydalar dəyişdi

21 İyul, 26 / 18:38

Yeni Qanun qüvvəyə mindi: Azərbaycanda bu qadağan olundu

21 İyul, 26 / 18:25

Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? — Hüquqşünas DETALLARI AÇIQLADI

21 İyul, 26 / 18:12

MİDA adı ilə 240 min manatlıq dələduzluq edənlərə hökm oxundu

21 İyul, 26 / 17:58

Bu universitetdə 6 kafedra ləğv olundu, 14 yeni müdir təyin edildi

21 İyul, 26 / 17:45

İlham Əliyev: “Bu gün imzalanmış sənədlər əlaqələrimizi yeni səviyyəyə qaldıracaq”

21 İyul, 26 / 17:31

Almaniya Azərbaycandan qaz almaq istəyir

21 İyul, 26 / 17:18

Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək – (Yenilənib)

21 İyul, 26 / 17:04
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.